London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı –“Moskvanın qızılı: Rusiyanın Britaniyadakı korrupsiyası”

London Rusiyanın “çirkli pulları” ilə bağlı hesabat yaydı –“Moskvanın qızılı: Rusiyanın Britaniyadakı korrupsiyası”

 

Rusiyanın "çirkli” pulu Britaniyanın Kreml
ə
 qarşı durmaq cəhdlərinəzərbə vurur, prezident Vladimir Putinin "beynəlxalq qaydalara söykənən sistemi yıxmaq” kampaniyasını dəstəkləyir.

Sozcu.info azadlıq.orga istinadən xəbər verir ki, bunu Britaniya parlamenti yeni hesabatında bildirir. "Bu çirkli pulun Britaniya xarici siyasət maraqlarına vura biləcəyi ziyanın miqyası Rusiyanın Londondakı tranzaksiyalarından qazancı heçə endirir”, – xarici məsələlər komitəsinin sədri Tom Tugendat mayın 21-də, "Moskvanın qızılı: Rusiyanın Britaniyadakı korrupsiyası” adlı hesabat açıqlanmazdan öncə deyib. O xəbərdarlıq edib ki, London bazarları Kremlin Qərbdə nüfuzunu yaymasına "şərait yaradır”, rusiyalıların Britaniya paytaxtında dəbdəbəli əmlak alıb-satmasına icazə verir. "İllər boyu Moskva korrupsioner dövlətdən sabitsizlik ixracatçasına dönüb. Rusiyanın korrupsiyası və nüfuzu milli təhlükəsizlik məsələsinə çevrilib”, – deyə o, sözlərinə əlavə edib.

1991-ci ildə SSRİ dağılandan Britaniya Rusiya kapitalının axdığı əsas məkanlardan biridir. Hesabatda deyilir ki, bu durum Britaniyanı çətinə salır. Axı, London martda Solsberi şəhərində rusiyalı keçmiş casusun zəhərlənməsindən sonra Rusiyaya qarşı diplomatik səyləri birləşdirməyə çalışır. London həmin insidentə görə Kremli günahlandırır, ancaq Rusiya bu iddiaları rədd edir. Moskva həmçinin 2016-cı ildə Birləşmiş Ştatlarda seçkiyə müdaxilə, dünyada bir neçə kiberhücumda əli olmasıyla bağlı iddiaları rədd edir: "Prezident Putinin kleptokratları, insan haqları pozucuları Londonda çirkli pul yuyaraq dostlarımızı korrupsiyaya uğradır, müttəfiqlərimizi zəiflədir, qurumlarımıza etimadı sarsıdırlar, Britaniya buna göz yummamalıdır”, – hesabatda deyilir.

Komitə bir sıra tövsiyələr də irəli sürüb. Məsələn, Avropa Birliyi və Birləşmiş Ştatlarla birlikdə işləyərək sanksiya qoyulmuş banklar vasitəsilə satılan Rusiya suveren istiqrazlarının alışının yasaqlanması təklif olunur. "Londonun maliyyə bazarlarının ölçüsü və Rusiya investorları üçün əhəmiyyəti Britaniyaya Kreml üzərində ciddi təzyiq imkanı verir”, – hesabatda deyilir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, bu hesabat Britaniyada "misilsiz anti-Rusiya maniyasının” və Rusiya bizneslərinə qarşı "ədalətsiz rəqabətin” sübutudur. Peskov xəbərdarlıq edib ki, belə bir münasibət əks-nəticələrə səbəb olacaq: "Mənim şübhəm yoxdur ki, bu hərəkətlər başqa ölkələrdən olan investorların nəzərindən yayınmayacaqdır”.

Lakin Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Londonun mübahisəsi Rusiya xalqı və Rusiyanın şirkətləri ilə yox, onun hökuməti ilədir. Meyin sözçüsü mayın 21-də deyib: "Baş nazirimiz tam bir aydınlıqla bildirib ki, bizim mübahisəmiz rus xalqı yox, Rusiya hökuməti ilədir”.



Oxşar Xəbərlər

Xəbər lenti