4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
"Kaliforniyada hazırki vəziyyət nəzarətimizdədir”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
"Zəlzələ barədə tam məlumat verildi. Vəziyyət nəzarətimizdədir”, – deyə Ağ Ev rəhbəri qeyd edib.
***
00:00
ABŞ-ın Kaliforniya ştatında 6,6 bal gücündə zəlzələ baş verib.
Sozcu.info xəbər verir ki, yeraltı təkanlar yerlı vaxtla saat 17:33 Rickrest şəhərindən 18 kilometr şimal-şərqdə, ocağı isə 8,7 kilometr dərinlikdə yerləşib.
Şəhər meri Peqqi Briden bildirib ki, zəlzələ bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində iri qaz kəmərində sızma baş verib və nəticədə 5 müxtəlif nöqtədə yanğın qeydə alınıb.
Bundan əlavə, şəhərin bəzi yaşayış binaları da elektrik enerjisindən məhrum olub.
Merin sözlərinə görə, zəlzələ zamanı ölənlərin olması barədə məlumat daxil olmayıb. Zərərçəkənlərin sayı dəqiqləşdirilir.