11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Azərbaycanın işğal altındakı torpaqlarına əcnəbi siyasətçilərin qanunsuz səfərləri davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Qarabağda 30 ölkədən 150-yə qədər qonağın iştirak edəcəyi "ProArtsakh” forumu keçiriləcək.
Bu gün açılışı olan forumda Avropa parlamentinin yunanıstanlı deputatı Eleni Teoxarus, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin, ABŞ-ın Kaliforniya ştatının senatoru Antonio Portatino, Kaliforniya Assambleyasının üzvü Adrian Nazaryan, Los Anceles Şəhər Şurasının üzvü Pol Krikoryan, həmçinin Corciya və Miçiqan ştatlarından nümayəndələr gəlib. Foruma ABŞ-dakı erməni diasporunun bütün təşkilat liderləri, hüquqşünaslar da qatılıblar.
"ProArtsakh” forumunun əsas müzakirə mövzusu qondarma rejimin dünyada tanıdılması və ayrı-ayrı ölkələrlə iqtisadi münasibətlərin inkişafıdır.