ŞOK: 11 milyonluq şəhər əhalisi ilə birgə yerlə-yeksan ediləcək və... - Bütün reallıqları gizlədib

ŞOK: 11 milyonluq şəhər əhalisi ilə birgə yerlə-yeksan ediləcək və...

 

Vuhan şəhərində 2019-cu ilin dekabrında ortaya çıxan və dünyaya yayılmağa başlayan koronavirus Çini ayağa qaldırıb.

Çində 60 milyon insan karantinə alınıb.

Çin ordusu Vuhan kəndini blokadaya alıb. Şəhərdən kənara çıxmaq istəyənlər əsgərlər tərəfindən vurulur. 11 milyonluq şəhərdə küçəyə çıxmağa qadağa qoyulub.

İddiaya görə, rəsmi Pekin virusun ortaya çıxdığı şəhər olan Vuhanı yerlə-yeksan etmək niyyətindədir.

Yanvarın 28-dən etibarilə ölü sayı rəsmi şəkildə 106 nəfər olaraq açıqlanır. Koronavirus diaqnozu qoyulan insanların sayı isə 4500-dür. Ölənlərin əksəriyyəti virusun ilk yoluxduğu yer olduğu iddia edilən Huanan Dəniz Məhsulları Bazarında işləyən və alış-veriş edən insanlardır.

Şəhərdən mediaya sızan səs qeydinə əsasən, sadəcə Vuhanda 100 min insan virusa yoluxub. Ölənlərin sayı isə 2 min 744-dür. 30 mindən çox çinli müşahidə altında saxlanır. Bölgədə daim kütləvi məzarlıqlar qazılır. Karantinə alınan şəhərlərin dünya ilə bağlantısı kəsilir. Şəhərlərarası yollar beton bloklarla bağlanır. Meşələr ultrabənövşəyi Pilotsuz Uçuş Aparatları ilə izlənir.

Çindəki bütün maliyyə departamentləri koronavirusla mübarizə məqsədilə 1,63 milyard dollar vəsait ayırıb.

Bu arada, yarım milyondan çox tibb işçisi virusun qarşısını almaq, nəzarətdə saxlamaq və müalicəsi üçün işləyir. İddiaya görə, elm adamları koronavirusun kök hüceyrəsini araşdırıb və izolyasiya etməyi bacarıb.

Qeyd edək ki, ABŞ, Rusiya və Yaponiya vətəndaşlarının karantin bölgəsindən təxliyəsi üçün Çin hökumətinə müraciət edib. Yaponiya, Avstraliya, ABŞ və İngiltərə hava limanlarında temperaturun ölçülməsi ilə virusa yoluxma ehtimallarını müəyyən etməyə çalışır./publika.az/



Oxşar Xəbərlər

Xəbər lenti