8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Çin Mərkəzi Televiziyasının çərşənbə günü yayımladığı xəbərdə bildirilib ki, şəhərdə ictimai nəqliyyatın, hava limanının və qatar stansiyalarının işi dayandırılacaq.
Pnevmoniyanın yayılması ilə mübarizə məqsədilə yaradılmış xüsusi təcili yardım qərargahının məlumatında bildirilib ki, yanvarın 23-də saat 10:00-dan etibarən Uhan şəhərində metro, bərə və uzun məsafəli reyslərdə ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılır: "Heç bir səbəbə görə sakinlər şəhəri tərk etməməlidirlər. Qadağanın aradan götürülməsi vaxtı açıqlanacaq”.
Qeyd edək ki, hazırda Çində yeni növ "koronavirus 2019-nCoV” virusuna yoluxmuş pnevmoniyalı xəstələrin sayı 473 nəfərə çatıb. Dövlət Səhiyyə Komitəsi 9 nəfərin öldüyü barədə məlumat yayıb. Ölkənin 1,4 minə yaxın sakini karantin tədbirlərinə cəlb edilib. Hakimiyyət orqanlarının bildirdiyinə görə, virusa yoluxma halları ölkənin daha 12 bölgəsində də qeydə alınıb.