8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qarabağdakı erməni separatçıların başçısı Araik Arutyunyan ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsinə gəlib.Araik Arutyunyan Çartarda Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyanın vəsaiti hesabına tikilmiş, çoxfunksiyalı idman kompleksinin şəraiti ilə tanış olub.Separatçıların başçısı Çartardakı erməni icması ilə görüşüb, mövcud problemləri müzakirə edib. Qarabağda baş verən son hərbi-siyasi hadisələrə toxunan Araik Arutyunyan bildirib ki, bunlar əsasən geosiyasi vəziyyətlə bağlıdır.O, üçtərəfli Bəyanatla qurulan kövrək sülhdən və bu sülhün qorunması funksiyasını öz üzərinə götürən Rusiya sülhməramlı kontingentindən narazılığını gizlətməyib. Araik həmçinin, güclü səbirlə silahlanmanın vacibliyini vurğulayıb.Görünən odur ki, ermənilər və Qarabağdakı separatçı qüvvələr öz məkrli siyasətlərindən əl çəkmək niyyətində deyillər. Əks halda, yenicə “Qisas” əməliyyatında darmadağın olunmalarına baxmayaraq revanşist fikirlər səsləndirməyə davam etməzdilər.Maraqlıdır, ermənilərin təxribatları davam edərsə, “Qisas” əməliyyatı təkrarlana bilər? Dia.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, “Qisas” əməliyyatı davam etdirilə bilər:“Müdafiə Nazirliyi “Qisas” əməliyyatının başlanıldığını elan etmişdi, amma bitməsi ilə bağlı hələ heç bir məlumat yoxdur. Sözsüz ki, Araik Arutyunyan və digər erməni separatçıları həddini aşacaqlarsa, bu, cavabsız qalmayacaq.Düşünürəm ki, “Qisas” əməliyyatının davamı olacaq. Çünki ermənilər nə Birinci Qarabağ müharibəsindəki aldığı bəzi ağır zərbələrdən, nə 2016-cı ildəki Lələtəpə döyüşlərindən, nə İkinci Qarabağ müharibəsində, nə də sonuncu “Qisas” əməliyyatı zamanı aldıqları ağır və sardıcı zərbələrdən nəticə çıxarmaq istəmirlər. Araik isə yenə də başından böyük sözlər danışmaqla məşğuldur. O, öz tərəfdarlarını və özü kimi separatçıları dəstəkləmək üçün bu cür fikirlər səsləndirir. Yəni Araik daxili auditoriyaya və özünün avantürist dəstəsinə hesablanmış açıqlamalar verir. Ona demək lazımdır ki, sənin dünyada baş verən proseslərdən xəbərin var? Hətta Araik sabah Azərbaycana qarşı nüvə silahı və ya atom bombası istifadə edəcəyini desə belə, təəccüblənmərəm. Çünki ermənilər həqiqətən çaşqın vəziyyətdədirlər. Ona görə də Araik Arutyunyanın açıqlamasına o qədər də əhəmiyyət verməyin tərəfdarı deyiləm”.Ekspert qeyd edib ki, Araik Arutyunyanın gərginlik yaratmaması üçün hüquqi və ya fiziki müstəvidə zərərsizləşdirilməlidir:“Əgər Ali Baş Komandan Araik Arutyunyan və onun cinayətkar dəstəsinin zərəsizləşdirilməsi ilə bağlı xüsusi təyinatlılara və komanda qüvvələrinə göstəriş versə, bunun üçün sadəcə bir neçə gün kifayət edəcək.Qeyd edim ki, Araikin Ermənistanda villa tikdiyi də ortaya çıxıb. Deməli, bu adam yaxın zamanda Ermənistana köçməyə hazırlaşır. İndi isə İrəvandan və Moskvadan verilən tapşırıqları yerinə yetirir. Hesab edirəm ki, 15 gündən sonra hadisələrin hansı istiqamətdə davam edəcəyini biləcəyik. Yəni avqustun sonu sentyabrın əvvəli bir sıra mühüm məsələlərin şahidi olacağıq”.