8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır.Cənab Prezident İlham Əliyevin cari ilin 3 fevral tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışı baş tutmuşdur. Məşvərət Şurası ilk dəfə toplaşanda "Cənub qaz dəhlizi"nin təməlinin qoyulmasından cəmi bir neçə ay keçirdi. O vaxt hələ nə "Şahdəniz-2"dən qaz hasilatına başlanmışdı, nə CQBK (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilmişdi, nə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) var idi, nə də TAP (Trans-Adriatik Qaz Boru Kəməri). Odur ki, ötən illər ərzində bu möhtəşəm tədbir də "Cənub qaz dəhlizi" ilə, onun adıçəkilən dörd seqmentini təşkil edən layihələrlə qoşa addımlamışdır. Başqa sözlə, Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin araya-ərsəyə gəlməsində Məşvərət Şurasının toplantıları böyük rol oynamışdır. Belə ki, hər iclasda il ərzində görülən işlər geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Budəfəki toplantının bir özəlliyini də dövlətimizin başçısı elə çıxışının ilk cümlələrində bəyan etmişdir: "Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O, Azərbaycana rəsmi səfərə gəlib və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır".Uzun illər ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə - siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var. Uzun illər Azərbaycanla əməkdaşlıq edən BP şirkətinin bu tərəfdaşlığa daim sadiq qalması və uğurlu nəticələr qazanması optimal strateji yanaşma və səmərəli birgə fəaliyyətin göstəricisidir. Belə ki, BP şirkətinin Azərbaycan və SOCAR ilə münasibətləri çox sıx, səmimi və səmərəlidir, qarşılıqlı səylərlə yaranmış əməkdaşlıq modeli ən yüksək səviyyədə inkişaf edir. BP şirkəti, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı ölkəmizin bəyan etdiyi kimi, “yaşıl enerji” ərazisinə transformasiya etmək işinə xidmət edir. Bu işlər böyük potensiala malikdir. Çünki Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti ilə inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş-Elektrik Stansiyasının təməli qoyulub. Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri- 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Artıq orada BP şirkəti ilə bir layihənin icrasına başlanacaq. Bu, Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyası olacaq.Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi
Sozcu.info