8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, YPG/PKK terror təşkilatı Suriyanın Deyr əz-Zor vilayətinin Süse məntəqəsini də işğal edib. Suriyanın işğalına bəhanə verilməsi üçün yaradılan qondarma İŞİD terror təşkilatı ilə 8 gün davam edən döyüşlərdən sonra dünən gecə saatlarında Süse məntəqəsi bir terror təşkilatının əlindən başqasına keçib.
Beləliklə, İŞİD Baqoz məntəqəsinə sıxışdırılıb.
ABŞ-ın başçılıq elədiyi koalisiya qüvvələrinin havadan dəstəyi ilə YPG/PKK yanvarın 14-də Şiife məntəqəsini ələ keçirmişdi. Deyr əz-Zorda Fərat çayının qərbində yerləşən bölgədə isə Suriyanın hökumət qüvvələri yerləşib. YPG/PKK, Suriya torpaqlarının təqribən üçdə birini işğal altında saxlayır. YPG/PKK İŞİD-dən almaq üçün hücum elədiyi bölgələrdə dinc əhalinin çıxışına və ərazilərə ərzaq və dərman aparılmasına ucazə vermir. Minlərlə dinc sakin mühasirə altındakı Baqoz məntəqəsində qalıb.
Beləliklə, İŞİD və YPG/PKK adlı terror təşkilatlarının qəflətən meydana çıxması nəticəsində Suriyanın parçalanması planı başa çatmaq üzrədir. Əvvəlcə qondarma "dini” fanatizm ideologiyası altında qurulan İŞİD hansısa "qeybi” qüvvələrdən güc və silah alaraq Suriya torpaqlarını işğal eləməyə başladı. Bu terror ordusuna hərbçi toplamaq da problem olmadı – eyni anda dünyanın müxtəlif ölkələrində planlı yoluxucu xəstəlik kimi yayılmağa başlayan ideologiya ətrafına minlərlə könüllü topladı. Nəticədə Suriyanı işğal eləməyi qarşısına məqsəd qoymuş ölkə öz hərbçilərinə "qənaət eləmiş” oldu.
İŞİD Suriyada minlərlə insanın qanını tökdü, şəhərləri işğal elədi, suriyalıların böyük bir qisminin başda Türkiyə və Almaniya olmaqla başqa ölkələrə köç eləməsinə, dolayısı ilə əraziləri boşaltmasına səbəb oldu.
İŞİD-ə qarşı koalisiya bəhanəsi ilə ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriya hökumətindən icazə almadan bu torpaqlarda əməliyyatlar keçirməyə başladı. İŞİD bəhanəsi altında dinc sakinlər, kəndlər, məktəblər, xəstəxanalar "səhvən” bombalandı. Bu "səhvlər”ə görə heç kim cəzalandırılmadı (http://hurriyyet.org/xeber/ab-in_koalisiyasi_suriyada_dinc_sakinleri_bombaladi_30_neferden_cox_insan_helak_oldu).
Artıq İŞİD öz missiyasını bitirmək üzrədir. İŞİD-in işğal elədiyi və əhalidən qismən təmizlənmiş torpaqlar "azad olunmaq” adı altında başqa bir terror təşkilatının – "milli” ideologiya üzərində qurulan YPG/PKK təşkilatının terrorçuların əlinə keçir. Əsas məqsədi İŞİD-lə mübarizə adı altında Suriya torpaqlarını işğal eləmək olan bu təşkilatı isə ABŞ silahlandırır. Türkiyə prezidenti R.T.Ərdoğan ötən dekabr ayında bu barədə belə çıxış eləmişdi: "Suriyanın şimalında ABŞ-ın 22 ədəd bazası var. 20 min tır silah gəldi. Kimə gəldi? YPG/PYD-yə. Bunlar bizim əlimizə keçən zaman kimlər tərəfindən kimə göndərildiyini görürük. Kəşfiyyatımız sayəsində onların haraya, nə qədər texnika göndərdiyini bilirik. Bu məsələləri şəxsən özüm ən yüksək səviyyədə əlaqədar şəxslərə, Obamaya da, Trampa da bildirmişəm. Lazımi addımları atmadılar. Ədalət olmadıqda, görən gözlər görməz olur. Strateji ortağıq, NATO-da bərabərik. Bizimlə birlikdə bu addımları atmayanların bu cür təşkilatlarla əlaqəsi olmayan ölkələrə nə edəcəklərini düşünün” (http://hurriyyet.org/xeber/rdogan_ab-a_son_xeberdarligini_etdi_o_zaman_menbici_ozumuz_temizleyeceyik).