Səddam Hüseynin ailəsi İraqdan necə qaçdı? - Nəvəsindən sensasiyalı etiraflar

 

İraqın devrilmiş lideri Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil "Səddamın nəvəsi” adı kitabı ilə bağlı verdiyi reportajda ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsindən sonra ailəsi ilə birgə İraqdan necə qaçdıqlarını danışıb.

Sozcu.info  xəbər verir ki, İordaniyada Kanada Menecmenti və İqtisad fakültəsində təhsil aldığını bildirən Kamil ABŞ hərbi qüvvələri İraq daxil olduqda bütün ailə üzvlərinin uşaqlarını da götürüb ölkədən çıxdıqlarını deyib:

"Ölkəni tərk etdiyimiz gecə soyuq və həddən artıq qaranlıq idi. Səddamın qızları Rağad (anası) və Rananın uşaqları ilə Mosulda olmaları xəbərləri sızdırılınca ölkəni tərk etdik. Biz uşaqlar və qadınlar təhlükəsizliyimizin olmaması üzündən ölkəni İraq-Suriya sərhədindən addımlayaraq keçdik. Bu bizim üçün böyük risk idi. Suriya qüvvələri orada insanların olduğunu anlasaydı, necə gəldi atəş açmaq səlahiyyətləri vardı. Suriyada bir neçə gün keçirdik. İraq pasportumuz yox idi və hər hansı bir şey düşünməmiz də çətin idi. Daha sonra İordaniya tərəfindən qonaq qəbul edildik. Bu günədək İraq pasportuna sahib olmadığımız üçün bizə Ərəb pasportu verildi. Buna əlavə olaraq aylıq maaş və ev də verildi. Bu vəziyyət bu günədək davam edir. Mənim kimi evlənən və ya təhsil üçün xaricə gedənlər (digər nəvələr) xaric”.

Harir Hüseyn Kamil Səddamın ailəsinin, xüsusilə anası və qardaşlarının bəzi şəxslər tərəfindən ölümlə hədələndiyini də deyib. O, İraqı tərk etdikdən sonra İngiltərədən sığınacaq təklifi aldıqlarını da qeyd edib:

"Ancaq bu təklif digər ölkələr kimi orada heç bir siyasi fəaliyyət göstərməmək şərti ilə edildi”.

Səddam Hüseynin nəvəsi Harir Hüseyn Kamil kitabında babası Səddam, ailənin qadınları və özünün Səddam ilə xatirələrinə yer verir. Kitabında ABŞ işğalının ilk dövrünə dair şərhlər verən Kamil kitabın son hissəsində babasının edamından bəhs edir.

Onun yazdığı "Səddamın nəvəsi” kitabı keçən aylar ərzində BƏƏ şəhərində keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində təqdim olunmuşdu.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}