Balaca tortla böyük qalmaqal

Dünəndən sosial şəbəkələrdə Suraxanı rayonunda şəhid anasının əlində bıçaq tort kəsmə səhnəsi müzakirə obiektidir. Bilən, bilməyən hamı danışır, yazır. Klaviatura qəhramanlarının əlinə yaxşı fürsət düşüb. Vətən müharibəsində şəhadətə yüksələn leytenant Samir Əliyevin doğum günü münasibətilə təşkil olunan tədbirdə üzərində şəhidimizin surəti olan tort hazırlanıb. Tədbir, şəhid unudulub, insanlar çıxıblar tortun müzakirəsinə.Şəhidin adının əbədiləşdirilməsindən bir cümlə yazmayanlar, tortdan səhifələrlə yazdılar. Qarışqadan fil düzəltdilər. Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov qınaqların mərkəzində dayandı. Xalqın məmuruna düşmən münasibəti Əziz müəllimin sözügedən fotoda gülümsəməsindən qaynaqlandı. İddialara görə, İcra nümayəndələri ananı məcbur edirlər ki, üzərində oğlu şəhid Əliyev Samirin şəkli olan tortu kəssin. Absurd fikir səsləndirənlərin dərdi özlərini cəmiyyətə sırımaq, nüfuzunu qaldırmaqdır. Müzakirə və tənqidlərə cavabı gecikməyən şəhid ailəsi tortun özləri tərəfindən sifarişlə hazırlandığını açıqladılar. Dərdi vətən , millət olmayanlar hər fürsətdən yararlanıb, hadisələrin qəhrəmanına çevrilmək,cəmiyyətdə müdrik statusu qazanmaq arzusundadırlar. Lakin arzularını Şəhidin ismi keçən hadisəylə həyata keçirmək istəyənlər, millətin üz qaralarıdır. Dövlətin şəhidinə qayğısını görməyənlər, görmək istədiklərini görməklə hallarından məmnundular. Belə bir deyim var “ Həyat kimiyə kefdir, nəşədir, kimiyə ağır şələdir”. Ağır şələni daşıyanlara, kef, nəşə əhli mane olmasa, özləri həyatın ağır yükünü birtəhər daşıyarlar.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}