İcra başçısı nədən hədəfə alınır?


 

Bir dəfə də olsun sosial şəbəkədə status yazmayan şəxslər yanlış bir məlumat əsasında dərhal icra başçısını hədəf alırlar.   


Vətən müharibəsində şəhid olan leytenant Əliyev Samirin doğum günü məqsədilə keçirilən tədbirlə bağlı yanlış məlumat yayıb, bunun üzərindən geniş təbliğat qurulması diqqət çəkicidir. Çünki doğum günü qeyd olunan şəhidin fotosu olan tortun Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən deyil, şəhidin ailəsi tərəfindən hazırlanması məlum olsa da bu qara piar kompaniyası aparanları durdurmur. Baxmayaraq ki, şəhid Samir Əliyevin nənəsi Cəmilə Əlizadə bildirib ki, sözügedən tort ailə tərəfindən hazırlanıb və icra hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Bu da aydın göstərir ki, məqsəd şəhid ailəsinə dəstək olmaq deyil. Əsas hədəf Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu hədəf almaqdır. Suraxanı RİH tərəfindən şəhidin adının əbədiləşdirilməsi məqsədilə parkın salınması kimi dəyərli işin üzərindən sükutla keçilməsi də bunu bir daha təsdiqləyir. Milli Məclisin üzvü Fazil Mustafa da sosial şəbəkə üzərindən yayımladığı açıqlamada diqqəti bu məqama çəkib: “Baxıram, indi də torta daraşıblar. Qardaşım, bacım, Suraxanı İcra başçısı ehtiram göstərib şəhidin adına park salıb, xeyirli iş görüb, birincisi elə bundan başlayın da! İcra başçısını garagüruh yenə də məsələnin fərqinə varmadan söymə sırasına düzülüb. Və ardınca məlum olur ki, tortun şəhidin şəkli ilə hazırlanmasını ailəsi istəyib. Nə dərəcədə dəqiqdir bilmirəm, ancaq səmimi niyyətlə bunu hansısa məmur şəhidə sayğısını düşünərək etmiş də ola bilər. Bəlkə də düşünüblər ki, onun ölməzliyini bu cür ifadə etsinlər. Doğrudur, yanlışdır, buraxın ailəsinin öz seçiminə. Gənc yaşlarında subay ölən övladını dəfn edərkən toy nisgilini xatırlatmaq üçün həyətdə musiqi çaldıran analara heç rast gəlmədinizmi?”. 

Qeyd edək ki, Suraxanı rayonu torpaqlarımızın azad edilməsi yolunda 53 şəhid verib. Həmin şəhid ailələri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən daima uca tutulur, diqqət göstərilir. İstər şəhidlərin adlarının əbədiləşdirilməsi, istərsə də şəhid ailələrinə göstərilən diqqətlə bağlı bir dəfə də olsun sosial şəbəkədə status yazmayan şəxslər yanlış bir məlumat əsasında dərhal icra başçısını hədəf alırlar. Necə ki, şəhid leytenant Samir Əliyevin adına salınan parkla bağlı bir kəlmə 

yazmayanlar, tort üzərindəki şəkllə bağlı böyük bir qara piar qururlar. Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovu hədəf alan bu kompaniyanın əsas məqsədinin iqtidarın kadrlarının gözdən salınmasına xidmət etdiyi də aydın görünür. 

Belə təəssürat yaranır ki,Suraxanı rayonunda aparılan  quruculuq-abadlıq  işləri kimləri isə narahat edir və onlar icra başçısına  qarşı etimadsızlıq yaratmağa çalışırlar. Görünür, hədəf daha böyükdür. Sadəcə olaraq paytaxtın ən uğurlu rəhbər kadrlarından biri olan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovdan başlamaq qərarına gəliblər.

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti








Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}