8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Növbəti hədəf Semelka sərhəd məntəqəsidir
Sozcu.info xəbər verir ki, ABŞ-ın 2014-cü ilin sentyabrından bəri İŞİD ilə mübarizə bəhanəsi ilə PKK-ya minlərlə tır dolusu silah, cəbbəxana və zirehli texnika göndərdiyi Ərbil-Haseke xəttindəki Yarubiye sərhəd qapısı İraq dövlətinin ordu qüvvələri tərəfindən ələ keçirilib.
Ordu birliklərinin Rabia istiqamətində başladığı əməliyyat çərçivəsində peşmərgə Ovaköy sərhəd məntəqəsinin də yerləşdiyi sahəni tərk edib. Bununla da ABŞ-ın Suriya PKK-sını dəstəkləmək çün istifadə etdiyi iki əsas yolundan biri Bağdad hökumətinə geri qayıdıb. Ərbil hava limanından endirdikləri cəbbəxananı buradan tırlarla Yarubiyeye keçirən amerikalılar PKK-nı böyük bir orduya kifayət edəcək silah-sursatla təchiz etmişdi. İndi isə növbə terrora yardımın ikinci qapısı Semelkaya çatıb.
İkinci hədəf Semelkadır
Malikiye bölgəsində yerləşən Semelka sərhəd məntəqəsini təhvil vermək istəməyən peşmərgə İraq ordusuna silahlı müqavimət göstərir. PKK terror təşkilatı da peşmərgəyə dəstək vermək məqsədilə bölgəyə çox sayda terrorçu göndərib. Habur çayı üzərində bir körpü-qapı rolunu oynayan Semelka ABŞ-PKK nəqliyyat xətti olmaqla yanaşı, həm də PKK-peşmərgə əlaqəli dəhlizin də ən mühüm keçid məntəqəsidir. Semelka və Yarubiyyə qapılarının peşmərgə-PKK nəzarətindən çıxması ABŞ-PKK cəbhəsini alternativ axtarmağa məcbur edib. İŞİD-dən təhvil-təslim teatrı tamaşasında Deyr əz-Zor bölgəsində irəliləməkdə olan ABŞ-PKK ittifaqı indi Bukemal sərhəd qapısına yönəlib. Sərhədin İraq tərəfinə çox sayda İraq ordu qüvvələri və "Həşdi Şabi” qüvvələri hakimdirlər. Bukemal-Kerame xəttinin Suriya hissəsində isə Əsəd-İran-Rusiya ittifaqı təsir gücünə malikdir.
Artıq havadan endirəcək
Rakkanı işğal elədikdən sonra çıxış edən PKK nümayəndəsi Nuri Mahmud bölgədə İŞİD bəlasının sona çatmasına rəğmən, ABŞ ilə razılaşma çərçivəsində onlara yeni silahlar veriləcəyini bildirsə də, həmin silahların harada və kimə qarşı istifadə ediləcəyi ilə bağlı heç bir məlumat verməyib. ABŞ ötən 3 il ərzində Ərbil hava limanı və sonra da nəqliyyat dəhlizi vasitəsi ilə göndərdiyi silahlarla terror təşkilatını dəstələyib. Bəzi mənbələr bildirirlər ki, ABŞ Rakka-Tabka hava bazasındakı təmir işlərini başa çatdıran kimi buradan istifadə etməyə başlayacaq, Hasekedəki hava sahələri ilə birlikdə buradan da istifadə edərək silah cəbbəxana, zirehli texnika və logisita yardımı PKK-ya birbaşa hava yolu ilə edəcək.