Bəşər Əsədin xanımının Britaniya kəşfiyyatı ilə əlaqəsi olub? – Məxfi sənədlər üzə çıxdı + FOTOLAR


Suriyanın keçmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Fəvaz Əl-Axrasın Britaniya kəşfiyyatı ilə əlaqəsi olduğunu iddia edən çox məxfi sənədlər ortaya çıxıb.

Sozcu.info xəbər verir ki, sözügedən sənədlər Böyük Britaniyanın “Declassified” nəşri tərəfindən dərc edilib.

İddialara görə, Əsma Əsədin 1990-cı illərdə Britaniyada əks-kəşfiyyat rəsmiləri ilə əlaqəsi olub və bu görüşlərdə siyasi müzakirələr aparılıb.



Birinci sənəddə Əsədin Britaniya kəşfiyyatı ilə əlaqələrinə dair təfərrüatlar yer alıb. Sənəddə Esma Əsədin “Chesterfield Mayfai”r mehmanxanasında o vaxt Britaniya Məxfi Xidməti MI5-in yüksək vəzifəli əməkdaşı Eliza Manningham-Buller ilə təkbətək görüş keçirdiyi bildirilir. Görüşdə Suriya lideri Bəşər Əsədin də iştirak etdiyi qeyd olunub.

Sənədlərdə Əsma Əsədin atası Dr. Fəvaz Əl-Əxrasın Aktondakı evində keçirilən şəxsi görüşə qatıldığı da bildirilir. Bu görüşdə həm hərbi, həm də mülki Britaniya rəsmilərinin iştirak etdiyi və görüşdə Suriya-İsrail münasibətləri və regional sülh danışıqlarının müzakirə edildiyi vurğulanıb.



Sənədlərdəki digər mühüm iddia isə Bəşər Əsədin İngiltərədə təhsil aldığı müddətdə fəaliyyətinin İngiltərə və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilməsidir. Hesabatlarda Əsədin akademik araşdırmalarından kənara çıxdığı və diqqətini siyasi məsələlərə yönəltdiyi və onun gələcək siyasi meyllərini qiymətləndirməyə çalışıldığı bildirilir.

Sənədlərdə bu görüşlərin zahirən sosial xarakter daşıdığı, əslində isə siyasi məzmunlu olduğu bildirilir. İddialara görə, Bəşər Əsədin Suriya-İsrail münasibətləri və regional siyasətləri ilə bağlı fikirləri diqqətlə araşdırılıb və onun gələcək mümkün istiqamətləri haqqında məlumatlar toplanıb. Suriya kəşfiyyatına aid olduğu iddia edilən sənədlərdə o zamankı Kəşfiyyat İdarəsinin rəisi general-mayor Əli İsa Dubanın da imzası var.

İddialar beynəlxalq ictimai rəydə böyük əks-səda doğursa da, Suriya müxalifəti bu iddiaların Bəşər Əsəd administrasiyasının beynəlxalq münasibətlərdəki roluna ciddi şübhələr yaratdığını müdafiə edib.

“AzPolitika.info” 



Oxşar Xəbərlər

Xəbər lenti