Dünən, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi, oktyabrın 17-də Dövlət Təhlükəsizliyi Xidmətininin İstintaq Baş İdarəsində 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırması bu şəxsin məsuliyyətdən yayına bilməyəcəyi qənaətini gücləndirir. Lakin, cəmiyyəti düşündürən əsas suallardan biri Ramiz Mehdiyevin uzun illər ərzində dövlət strukturlarına yerləşdirdiyi kadrların aqibətinin necə olacağıdır. Keçmiş təhsil naziri Misir Mərdanov "Unikal"a açıqlamasında deyib ki, Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilə qədər Prezident Administrasiyasının rəhbəri vəzifəsində olub. “Kifayət qədər qohum-əqrabası, ətrafı, yaxın bildiyi adamlar vəzifədə olub və bu gün də onların böyük əksəriyyəti vəzifədə qalırlar.” Misir Mərdanov bildirib ki, istintaq orqanı bu şeyləri üzə çıxarıb və onlar barədə də müvafiq tədbirlər görməlidirlər.
Professor Cümşüd Nuriyev “Reytinq” qəzetinə açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 900-dən çox şəxsi yüksək vəzifələrə yerləşdirdiyini bildirib. Professor Cümşüd Nuriyev bildirib ki, R. Mehdiyevə yaxın olan10-dan çox icra başçısı, 30-a yaxın deputat var.
Dövlətə xəyanət ittihamı da daxil olmaqla ağır cinayətlərdə şübhəli bilinən Ramiz Mehdiyevə yaxın deputatların sırasında Zahid Orucun da adı çəkilir. “Ramiz Mehdiyev əqidəsinə və siyasi idealarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır”-sözləri də Zahid Oruca aiddir. Ümumiyyətlə, Zahid Oruc azsaylı deputatlardan biridir ki, daima Ramiz Mehdiyevin təbliğatı ilə məşğul olub. Bu məslədə Zahid Oruc yalnız “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdan geri qalır. Bu da təsadüfi deyil. Hər iki şəxsin deputat seçilməsi Ramiz Mehdiyevin sayəsində olub. Məlumatlara görə, Milli Məclisinin keçmiş sədri Oqtay Əsədovun siyasi karyerasının sonunu gətirən məqam də Zahid Orucla bağlıdır. Belə ki, Oqtay Əsədov Zahid Orucu “səviyyəsiz” adlandıraraq onun töhmətləndiriməsinə nail olmuşdu. Bu isə Zahid Orucun hamisi Ramiz Mehdiyevi qəzəbləndirmişdir. Bundan sonra Oqtay Əsədova qarşı intiraqları işə salan Ramiz Mehdiyevin onun “vurulmasına” nail olmuşdur.
Ramiz Mehdiyev Zahid Orucu Ana Vətən Partiyasının sədri, prezident İlham Əliyevin ən sədaqətli tərəfdarlarından biri kimi tanınan Fəzail Ağamlının mövqelərinin zəiflədilməsi üçün istifadə etmişdir.
İddialara görə, Ramiz Mehdiyevlə Zahid Orucu qohumluq əlaqələri birləşdirir. Təsdiqlənməmiş məlumata görə, Zahid Orucun həyat yoldaşı Şəhla xanım Ramiz Mehdiyevin əqrəbalarındandır. Gədəbəydə anadan olumş Zahid Orucun Bərdədən deputat seçilməsi də həyat yoldaşının ailəsinin Bərdədə yaşaması ilə izah edilir. Zahid Orucun həyat yoldaşının yaxın qohumlarının yüksək vəzifələrdə çalışması və çox böyük sərvətə malik olması haqqında məlumatlar onun Ramiz Mehdiyevə bu xətlə qohum olduğunu təsdiqləyir. Bütün bu məlumatlar heç şübhəsiz ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin araşdırmalı olduğu məqamlardandır. Biz isə bu mövzuda jurnalist araşdırmasını davam etdirməyə və istintaqa fayda verməyə çalışacağıq. Çünki, professor Cümşüd Nuriyevin dediyi kimi, 14 Oktyabr – Ramiz Mehdiyevin həbsi günü siyasi müstəqilliyimizin zəfər günüdür. Bu zəfər günün üzərinə düşməməsi üçün hər bir şəxs əlindən gələn köməyi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinə göstərməlidir.
A. Nəbiyev
Sozcu.info