Türk-İran yaxınlaşmasına ərəb baxışı:Ankara özünü Əsədi devirmə layihəsinin baş icraçısı kimi təqdim edir - TƏHLİL

Türk-İran yaxınlaşmasına ərəb baxışı:Ankara özünü Əsədi devirmə layihəsinin baş icraçısı kimi təqdim edir - TƏHLİL

 

Şəhab əl-Məkahlə

"Əl-Ərəbiyyə”

 

ABŞ və Rusiyanın ənənəvi rəqibləri arasındakı münasibətlər, Suriya problemi də daxil olmaqla, çox mürəkkəb göründüyü bir zamanda, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın hədəflərinə yetişmək üçün iki şirin arasından tacı götürməyə çalışır.

Vaşinqton Suriya rejimi ilə müxalifətdə Ankaranı dəstəkləyir, onu Türkiyəni Körfəz paytaxtlarına və Tel-Əvivə yaxınlaşdırır, Moskva isə kürdlərə qarşı Ankaraya dəstək verir.

Ancaq ortaya bir sual çıxır: İran-Türkiyə yaxınlaşması taktiki və ya strateji məqsəddir?

Hazırda, aprelin 14-də Suriyaya qarşı üçtərəfli raket hücumundan sonra, göründüyü kimi, Ərdoğanın rus musiqisinə rəqs etməsi, xüsusilə də, Moskva və Tehran tərəfindən rədd edilən Şam əleyhinə hücumdan Türkiyənin məmnun qaldığı halda, faydasız ola bilər.

Afrin, Mənbic, İdlib və bəzi Suriya müxalif qüvvələri ilə əlaqədar Ankara və Moskva arasındakı fikir birliyi və tam bir anlayış olmadığı üçün Ərdoğan hər iki supergüclə oynamağa çalışır.

 

Vaşinqton və Moskva arasında

 

Bu gün Türkiyə, Moskva və Vaşinqtonun ziddiyyətli maraqlarının qovşağındadır. 2013 və 2014-cü ilin əvvəlində Türkiyənin sərhəd şəhərləri Suriya və İraqda İŞİD və digər üsyançı qruplara daxil olmaq istəyən xarici döyüşçülər üçün əsas maddi-texniki mərkəzə çevrilib. 2015-ci ilin avqust ayına qədər Türkiyə sərhədlərinin təhlükəsizliyini gücləndirib.

Ruslar üst səviyyədə türk hökuməti ilə məşğul olsa da, hələ ki, Moskva Ərdoğanın rəftarından və Suriya münaqişəsinə olan baxışından tam razı deyil. Ərdoğan Rusiya xarici işlər naziri Sergey Lavrovun Afrinin gələcəyinə dair açıqlamasını "səhv” olaraq xarakterizə edib.

Ərəb mövcudluğunun yoxluğu, milli və regional təhlükəsizlik üçün yeni parametrlərin hazırlama qabiliyyətsizliyi isə Türkiyə və İrana Ərəb dünyasında regional rollarını balanslaşdırmağa imkan verib.

 

Siyasi və strateji baxış

 

Türkiyə özünü demokratik dövlət kimi səciyyələndirən ideologiyanın ixracı ilə hərəkət edir və ondan, demokratiyanın dəstəklənməsi adı altında, ərəb ölkələrinin daxili işlərinə müdaxilə etmək üçün bəhanə kimi dəstəkləyir.

"Ərəb baharı”, Suriya və Misir daxil olmaqla, bəzi ərəb ölkələrində etiraz nümayişlərini dəstəkləmək, beləliklə də bölgəyə qayıtmaq məqsədi ilə genişlənmə siyasətini reallaşdırmaq üçün "Türk layihəsi” həyat iksiri idi.

Türk hökuməti düşmənlərlə əhatə olunması və ətraf ölkələrdəki qeyri-sabitliyin Türkiyə üçün təhdid olması bəhanəsi ilə Ərəb dünyasının daxili işlərinə müdaxilə edib. Buna görə də, Türkiyə ərəb inqilablarını və ya "Ərəb baharı”nı öz istəklərinə uyğunlaşdırmaqda çalışıb.

 

İqtisadi və hərbi rol

 

Türkiyə və İran öz regional rolunu formalaşdırmada hərbi ölçüyə mühüm rol veriblər. Sərhədlərin qorunmasına əsaslanan xəbərdaredici hərbi yanaşma qəbul etdikdən sonra Ankara ərəb bölgəsindəki hərəkətlərində hərbi müdaxilədən istifadə edib.

Ankara öz iqtisadi inkişafını ərəb və müsəlman ölkələrində "İslam iqtisadiyyatı” kimi markalaşdırmaq istəyir.

Bununla yanaşı, Türkiyə 1923-cü ilin Lozann və (Türkiyə, Böyük Britaniya və İraq arasında) 1926-cı ilin Ankara müqavilələrinin imzalanmasından sonra itirdiyi Osmanlı tarixi mirasına, xüsusən Mosul şəhərinə hüququnu bəyan edir.

Türkiyə həmişə tarixi və beynəlxalq hüquqlarının Hələbdən Mosula qədər uzandığını elan edib.

 

Tehranla yaxınlaşma

 

Türk-İran yaxınlaşması fonunda xarici siyasi motivlərə əsaslanan əsas fikir – Türkiyənin Misirdə, Suriyada və bəzi digər ərəb ölkələrində islamçı qrupları, xüsusilə də "Müsəlman Qardaşlar”ı dəstəkləmə Türkiyəni bölgədə hegemon etmə məqsədi daşıyır.

Ancaq Misirdə "Müsəlman Qardaşlar”ın iflası Türkiyənin regional ehtiraslarına zərbə vurub. Suriyada Ankara "Suriya inqilabı”nı, Bəşər Əsəd rejimini devirmək istəyən qrupları dəstəkləyib.

Ancaq Suriya böhranının son mərhələsi bölgə oyunçularına regional məsələləri super güclər olmadan həll edə bilməyəcəyini göstərib.

İqtisadi motivlər, xüsusilə Türkiyə iqtisadiyyatının problemləri nəzərə alınmaqla, Türkiyənin İranla yaxınlaşmasını stimullaşdırmaqda mühüm rol oynayıb. Görünür, Ankara ilə Tehran arasındakı yaxınlaşma yalnız regional və qlobal inkişaflar və şərtlər əsasında idarə olunan taktiki addımdır.

Türkiyənin hərəkətləri, fərq etməz, Misirdə və ya Suriyada olsun, regionda baş verən hadisələr nəticəsində yaranan mənfilikləri aradan qaldırmaya yönəlikdir. Halbuki özünü Bəşər Əsəd rejimini devirmə layihəsinin baş icraçısı kimi təqdim edən Türkiyə daxili böhranlar və Suriyadakı terrorist qrupların təzyiqinə məruz qalır.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti