Ermənistanı kimlər idarə edir:Paşinyana ingilis dilini öyrədən qadın repetitor mədəniyyət naziri təyin olunub – Araşdırma

Ermənistanı kimlər idarə edir:Paşinyana ingilis dilini öyrədən qadın repetitor mədəniyyət naziri təyin olunub – Araşdırma

 

Aşot Səfəryan

RİA Novosti, 14.05.2018

 

Ermənistan etirazlarının baş nazir postunu tutan və dövlətin faktiki rəhbəri yeni hökumətin formalaşdırılmasını başa çatdırıb.

Nəzərə almaq lazımdır: yeni nazirlər kabineti hakimiyyətin tamamilə yenidən formatlaşdırılması prosesində yalnız aralıq mərhələdir. Ermənistan parlamenti hələ də etiraza qədərki durumu əks etdirir. Paşinyanın seçilməsindən sonra müxalifətə keçdiyini elan edən  Respublika Partiyası parlamentdə çoxluqda qalıb.

Ciddi deyilsə, bu, siyasi nonsensdir. Mandatların çoxuna, parlament spikeri və iki vitse-spiker portfelinə malik olan qüvvə müxalifət ola bilməz. Uyğun olaraq növbədənkənar seçkilər keçirmək yeni baş nazirin vəzifələrinə aiddir. Əks halda, Ermənistanı permanent siyasi böhran törədəcək ikihakimiyyətlilik təhdid edir. (Ən azı, cari ilin sonuna qədər baş tuta biləsi) növbədənkənar seçkilər üçün Paşinyanın etirazların gedişində topladığı siyasi kapitalı qoruması gərəkdir. Yeni baş nazirin uğurlu start şəraiti – ölkə daxilində yüksək legitimliyi var. Lakin Paşinyan bunu seçkilərə qəddər saxlaya biləcəkmi – bu, sualdır. Hətta yeni nazirlərin adları cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bir yığın rəy və şərhlərlə üzləşmək olar – həm yeni baş nazirin kadr siyasətinə dəstəklə, həm də kəskin tənqidlə.

Tənqidçilərin əsas arqumenti son dərəcə gənc yaş və bəzi nazirlərdə təcrübə çatışmazlığıdır. Geniş ictimaiyyət təyin edilənlərdən bir çoxunun adlarını ümumiyyətlə birinci dəfə eşidir. Məsələn, Mədəniyyət Nazirliyinə başçılıq edən Lilit Makunts, səhiyyə naziri təyin edilən Arsen Torosyan, Nəqliyyat, Rabitə və informasiya texnologiyaları Nazirliyinin etibar edildiyi Artur Xaçatryan  kəşfə çevrilib. Paşinyanın etirazın bütün günlərində onunla yanaşı olan iki ən yaxın silahdaşı  – Ararat Mirzəyan və Tiqran Avinyan baş nazirin birinci müavini olub. Və bu iki şəxs cəmiyyətə həmin mitinqlərdən tanışdırsa, baş nazirin üçüncü birinci müavini, dövlət sistemində iş xatirinə banklardan birinin idarə heyətinin sədri postunu tərk edən Mqer Qriqoryanı ancaq həmkarları tanıyır. 34 yaşlı Makuntsun Mədəniyyət Nazirliyinin başçısı təyin edilməsi tamamilə ekzotik görünür – bu qadın buna qədər Paşinyanın özünün ingilis dili üzrə repetitoru olub.

Təhsil və elm naziri Araik Arutyunyan olub.

Baş naziri nazirlər kabinetini bu cür kəskin şəkildə cavanlaşdırmağa getməyə təhrik edən nə olub? Bir neçə cavab ağla gəlir. Birincisi, aydındır ki, indiki şəraitdə birbaşa Paşinyana son dərəcə sadiq adamlar tələb olunur. İndiki halda, ola bilsin, peşəkarlıq keyfiyyətləri ikinci plana keçir.

İkincisi, Paşinyanın qarşısında növbədənkənar parlament seçkilərinədək öz reytinqini qorumaq vəzifəsi durur. Onun elan etdiyi "məxməri inqilabı” əsasən gənclərin həyata keçirdiyi nəzərə alınsa, kadrların həlli də onlara ünvanlanıb. Son nəticədə baş nazirin özünün də 43 yaşı tamamlanmayıb. Yeni təyinatlar dövlət sisteminin əhatəli şəkildə yenilənməsi və dövlətin taleyini bundan sonra qalmaqala bulaşmamış "yeni” adamların həyata keçirəcəyi haqda hansısa bir mesajdır.

Bu cür qərarların üçüncü mümkün səbəbi üzdədir. Bu, bəsit kadr qıtlığıdır. Nəzərə almaq lazımdır ki, "məxməri inqilab”ın qələbəsi etiraz hərəkatının liderinin özü üçün də müəyyən bir sürpriz olub. Paşinyanın hesablaması keçmiş hökumətin bu qədər tez gedəcəyinə sığmırdı. Və uyğun olaraq tamdəyərli peşəkarlar və təcrübəli idarəçilər komandasını əlüstü formalaşdırmaq, sadəcə, mümkünsüz vəzifəydi.

Amma burası da var ki, baş nazir əsas idarələri yenə də tamamilə hazırlıqlı idarəçilərə verib. Məsələn, Maliyyə Nazirliyinə ölkənin baş xəzinədarı, keçmiş nazir müavini Atom Cancuqazyan başçılıq edir. İqtisadi inkişaf və yatırımlar nazirliyini həm parlamentdə, həm də hökumətdə işləmiş Artsvik Minasyana etibar ediblər (Minasyan 2016-da Maliyyə Nazirliyinə artıq bir neçə ay başçılıq edib).

Bu müdafiə idarəsinə də aiddir. Azərbaycanla sürəkli müharibə durumunda olan və ordunun ən etibarlı dövlət institutu sayıldığı ölkə Müdafiə Nazirliyində kadr eksperimentlərini özünə rəva görə bilməz. Paşinyan bunu anlayaraq peşəkar hərbçi, keçmişdə müdafiə nazirinin birinci müavini, sonralar FHN başçısı David Tonoyanı müdafiə naziri təyin edib.

Baş nazir bu qayda ilə dövlət həyatı üçün əsas idarələri – Müdafiə, Maliyyə, İqtisadiyyat, Xarici İşlər nazirliklərini "köhnələrə” verməyi qət edib. "Köməkçi” nazirlikləri təcrübəsi az olanlara etibar edib.

Yəqin ki, dünənki proqramçıların, şərqşünasların və iqtisadçıların bu qədər yüksək vəzifələrə təyin edilməsi bunu da sərgiləməyə nəzərdə tutulub ki, dövlətdə bundan sonra "sosial liftlər” işə salınıb…

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti