Trampa qarşı növbəti şok –ABŞ prezidentinin ən yaxın adamı istintaqla əməkdaşlığa qərar verdi

Trampa qarşı növbəti şok –ABŞ prezidentinin ən yaxın adamı istintaqla əməkdaşlığa qərar verdi

 

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili "ailəsini və ölkəsini uca tutmaq niyyətində” olduğunu bəyan etməklə federal prokurorlarla əməkadaşlıq etməyə hazır olduğuna işarə edib.

Mixail Koenin iyulun 2-də dərc olunmuş müsahibəsi Tramp üçün yeni problemlərin əlaməti ola bilər. Tramp uzun müddətdən bəridir ki, müstəntiqlərin ələ keçirdiyi minlərlə sənədin prokurorlara verilməməsi üçün mübarizə aparır.

Koen bu müsahibədə deyib: "Arvadım, qızım və oğlum mənim sədaqətimin ilkin subyektləridirlər və bu həmişə belə olacaq. Mən ailəmi və vətənimi üstün tutacağam”. Koen deyib ki, o öz şərəfini heç kimin müdafiəsinə qurban vernmək niyyətində deyil.

FTB agentkləri ötən aprel ayında Koenin evində və ofisində axtarış aparıblar. Koen 2016-cı ildə Trampın ABŞ prezidentliyinə namizədliyindən əvvəl onun uzun illər şəxsi vəkili olub.

Müstəntiqlər Trampla intim əlaqələrinin olduğunu iddia edən porno aktrisasına Tramp tərəfindən ödəniş edilməsinin araşdırırlar. Porno aktrisası ona edilən ödəniş müqabilində Trampla münasibətləri barəsində susmalı idi.

Koenə qarşı indiyədək cinaət işi qaldırılmayıb, lakin bir sıra müşahidəçilər Koenə qarşı tezliklə cinayət araşdırılmasına başlanacağına inanırlar. Koen son xəbərlərlə bağlı deyib: "Mən cavab vermək istəyirəm. Lakin indilik vəkilimin məsləhəti iləheç bir suala cavab very bilmərəm!”

Koenə dair araşdırma xüsusi prokuror Robert Muellerin təhqiqatından ayrıca aparılır. Xüsusi prokuror prezident Trampın yoldaşlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrini araşdırır.

Bununla belə bildirilir ki, Koenin məsələsi Muellerin komandası tərəfindən toplanmış materiallardan qaynaqlanıb. Ümumilikdə Muellerin cinayət araşdırması 20 nəfərə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib. Barəsində cinayət işi qaldırılanlardan biri də Trampın birinci milli təhlükəsizlik müşaviri Maykl Filin və onun keçmiş kampaniya rəhbəri Paul Manafortdur.

İndiyədək Filin və Manafortun biznes şəriki Riç Keyts  də daxil 5 nəfər təqsirlərini etiraf ediblər. Manafort özünə qarşı bütün ittihamları rədd edir.

Son aylarda Tramp Muellerin araşdırmasına qarşı sərt bəyanatlarını bərpa edib. O bu araşdırmanı özünə qarşı "əcinnə ovu” adlandırır.

Porno aktrisası Stepayna Klifforda pulun nə vaxt və nə üçün ödənildiyi mühüm məsələdir, çünki əgər pul onun Trampla iddia edilən münasibətləri barədə susması üçün ödənilibsə və bu 2016-cı ilin seçki kampaniyası dövründə baş veribsə, federal qanunlar hadisənin ictimaiyyət üçün açıqlanmasını tələb edir.

Beləliklə, əgər pulun ödənilməsinə Tramp göstəriş veribsə, o zaman bu, federal cinayət əməli sayılacaq.

Trampdan fərqli olaraq Koen ABŞ kəşfiyyatının Rusyanın seçkiyə müdaxiləsi barədə qiymətləndirməsini rədd etmir:

"Bir amerikalı kimi mən, Rusiyanın və ya hər hansı xarici ölkənin bizim demokratik prosesimizə müdaxiləsini və ya əngəl törətməsini pisləyirəm və bütün amerikalıları belə mövqe tutmağa çağırıram.Bu məsələdə Vladmir Putinin sadəcə olaraq danmasını qəbul etmək məqsədəuyğun deyil. Mən ölkəmizin kəşfiyyat agentliklərinin həmrəy nəticələrini qəbul edirəm”.

(Azadlıq radiosu)



Oxşar Xəbərlər

Xəbər lenti