8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"The New York Times”
Prezident Tramp son dəfə pis davranışa gərə "hər iki tərəfin”məsuliyyət daşıyacağını iddia edib, işlərin heç də yaxşı getmədiyinə eyham vurub.
Bu, təxminən bir il bundan əvvəl, neo-nasistlərin yürüşü ilə baş verən zorakılıqlar və ağ irqin üstünlüyü tərəfdarı avtomobili dinc etirazçıların üzərinə sürməsi, bir qadının öldürülməsindən sonra dilə gətirilmişdi.
Bazar ertəsi günü, iyulun 16-da cənab Tramp yenə əxlaqsızla məşğul idi. Bu dəfə Helsinkidəki görüşündən sonra Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında.
Müxbir 2016-cı il seçkilərində koordinasiyalı kiberhücumla bağlı ötən həftə 12 rus hərbi rəsmisinə qarşı iddiaya istinad edib və Rusiyanın buna görə məsuliyyət daşıyıb-daşımadığını soruşduqda, cənab Tramp: "Hər iki ölkə məsuliyyət daşıyır”, – deyib.
Birləşmiş Ştatlar üçün məğlub anlarla dolu prezidentliyi dövründə Trampın bütün dünyaya canlı yayımlanan şərhləri xüsusi diqqət çəkib.
Mənzərəni qavramaq çox çətin idi: cənab Tramp özgənin torpaqlarını oğurlayan və düşmənlərini qətlə yetirən, öz zəkası və hüquq-mühafizə orqanlarının yekdil qərarına əsasən, Trampın qalib olmasına kömək məqsədi ilə, Rusiya hökumətinin 2016-cı il seçkisinə müdaxilə etmədiyini söyləyən avtokrat quldurdan bir neçə santimetr aralıda dayanmışdı.
"Adamlarım yanıma gəldi, Den Kouts və digərləri, "fikrimizcə, seçkiyə müdaxilə edən Rusiyadır”, – söylədilər”, – deyə cənab Tramp bir dəfə Milli Kəşfiyyat Agentliyinin direktorundan danışarkən, ağzından qaçırmışdı. "Prezident Putin kimi şahidim var, o dedi ki, müdaxiləni Rusiya etməyib. Bunu açıq deməliyəm: rusların müdaxiləsi üçün heç bir səbəb görmürəm” (Bazar ertəsi günü, günortadan sonra cənab Kouts təkrarladı ki, əslində, müdaxilə olub.)
Cənab Tramp xüsusi müşavirin (Möller – tərc.) Rusiyaya aid istintaqını "ölkəmiz üçün fəlakət” adlandırıb və sonra ən böyük solo-hitini səsləndirib: "Sıfır sövdələşmə”, "DNC serveri haradadır?” Nəhayət, "Mən seçkini çoxdan udmuşam”.
Hətta sadiq respublikaçılar da artıq susmur, danışmağa başlayıblar.
"Prezident Rusiyanın müttəfiqimiz olmadığını başa düşməlidir, – Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib. – Əsas dəyərlərimizi və ideallarımızı bölüşməyən Rusiya ilə ABŞ arasında heç bir mənəvi bərabərlik yoxdur”.
Senatdakı respublikaçı lider Mitç MakKonnell: "Ruslar – dostlarımız deyil və mən kəşfiyyatımızın qiymətləndirilməsinə tam inanıram”.
Senator Con MakKeyn daha açıq danışıb. Cənab MakKeyn deyir ki, "heç bir əvvəlki prezident özünü hansısa müstəbid qarşısında bu qədər aşağılamayıb”.
Tramp bizi əmin etdi: Cənab Putin "inkarında çox güclü və güclü idi”.
Beləliklə, o, həqiqəti söyləyirdi.
Cənab Putin, öz növbəsində, cənab Trampın seçkidə qalib gəlməsini istədiyini etiraf etməkdən məmnun idi: "Bəli, mən etmişəm. Çünki o, ABŞ-Rusiya əlaqələrini normal vəziyyətə gətirmək istəyirdi”. O, prezident Trampla əlaqədar ifşaedici materiallara malik olduğuna kinayəli yanaşdı, hərgah bunu inkar etmədi, ola bilsin ki, cənab Trampın öz sözləri kifayət qədər ifşaedici idi.
Cənab Putin, Trampın "inanılmaz təklif” adını verdiyi Amerika kəşfiyyat səlahiyyətlilərinin Rusiya kəşfiyyatı ilə birlikdə işləməsini təklif etdi. Bəli, inanılmazdır!
İstənilən halda, Rusiyanın müdaxiləsi ilə bağlı iddialar hələ də davam edir: bazar ertəsi günü Ədliyyə Nazirliyi, xüsusi müşavirin istintaqından asılı olmadan hərəkət edərək, 29 yaşlı bir qadının Rusiyanın üst səviyyə səlahiyyətlisi ilə əlaqəsini faş edib.
Cənab Tramp deyib ki, Rusiya ilə prezident Barak Obamanın dövründə pisləşən münasibətləri yenidən canlandırmaq istəyir. Jurnalistlərə açıqlanan bəyanatda bunun "cəsur Amerikan diplomatiyasının qürurlu ənənəsini”davam etdirmək məqsədi daşıdığı və "diplomatiya və əlaqələrin münaqişə və ədavətdən üstün olduğu” vurğulanıb.
Nəzəri olaraq, bu cür məqsədlər məntiqlidir. Amma cənab Tramp niyə milli təhlükəsizlik məsləhətçilərinin Rusiyanı Çinlə birlikdə Amerikanın başlıca geostrateji düşmənlərindən biri kimi səciyyələndirməsini qavramır.
Zəif iqtisadiyyata, korrupsiyaya və digər daxili problemlərə baxmayaraq, cənab Putin evdə siyasi müxalifətin böyük hissəsini əzib və xaricdə rus təcavüzünü müdafiə edir. Onun casusları – ehtimal ki, Amerika seçkilərinə müdaxilə edən hərbi kəşfiyyatın xidmətində duranlar – İngiltərədə dörd nəfərin ölümünə bais olan kimyəvi silahlardan istifadə ediblər.
Amerikanın NATO və Avropa İttifaqı ilə əlaqələrini pozmaq və Yaxın Şərqdəki ABŞ nüfuzunu zəiflətmək üçün Putin durmadan çalışır. Rusiya, – cənab Koutsun ötən həftə dediyi kimi, "qırmızı xəbərdarlıq işıqları yenidən yanıb-sönür”, – ABŞ-a kibertəhdid yaradır.
Şübhəsiz, Amerika liderləri ABŞ və onun rəhbərlik etdiyi demokratik ittifaqın maraqlarını müdafiə edə biliblər. Prezident Ronald Reyqan 1987-ci ildə sovet lideri Mixail Qorbaçova "Berlin divarı”ını yıxmaq göstərişi verib. Prezident Buş cənab Qorbaçova bildirib ki, Almaniya 1990-cı ildəki birləşməsindən sonra da NATO tərkibində qalacaq. Prezident Obama 2016-cı il seçkiləri ərəfəsində Vladimir Putini kiberhücumu dayandırmağa çağırıb.
Cənab Putinə görə, Ukraynanı işğal etdiyi üçün üzləşdiyi təhqiri silmək üçün danışıqlara hazırdır, cənab Trampın həyata keçirdiyi işləri isə görmək çətindir. İki şəxs 2021-ci ildə nüvə silahlarını məhvinə dair Yeni Başlanğıc Müqaviləsinin əvəzlənməsi üçün yeni saziş hazırlamaqdan danışıb və Suriyada əməkdaşlıq məsələlərini müzakirə etdilər, halbuki artıq konkret fəaliyyətə keçiblər.
ABŞ-ın cənab Putinə qarşı hansısa fayda əldə etdiyinə heç bir əlamət yoxdur, amma cənab Trump özü üçün yeni futbol topu qazanıb.
Respublikaçı və ya demokratik sələflərdən fərqli olaraq, Trampın Rusiyanı niyə təcavüzkar adlandırmaması sirr olaraq qalır. O, avropalı müttəfiqləri ilə bir yerdə olduqda, çəkişmələrə baş vurur və Avropa İttifaqına "düşmən” kimi hücum edir və ya mediaya "xalqın düşmənləri” damğası vurmağa çətinlik çəkmir. Cənab Putinin və digər diktatorların yanında isə şirin səsli bülbülə dönür.
Aydındır ki, belə bir prezident Amerikanı dərindən narahat edir.
Tərcümə: Strateq.az