10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü:"SİYASİ BARIŞ ÜÇÜN MÜXALFƏTİN BİRİNCİ VİTSE-PREZİDENTLƏ GÖRÜŞÜ DAHA EFFEKTLİ OLAR"
Son günlər ölkə müxlifətində qəribə bir fəallıq hiss olunur. Bu düşərgənin bir cinahında qarşılıqlı ittihamlar, bir-birini suçlamalar səslənir, o biri cinahında isə birlik, dialoq çağırışları. Bu arada fəallaşdığı aşkar hiss olunan partiyalardan biri isə, hüquq elmləri doktoru, sabiq Respublika prokuroru və Ədliyyə naziri İlyas İmayılovun rəhbərlik etdiyi Ədalət Partiyasıdır.
AYNA-nın son zamanlar müxlifət düşərgəsində baş verənlərlə bağlı suallarını da Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü cavablandırıb.
Sozcu.info Elxan Şükürlünün “Ayna.az”-da getmiş həmin müsahibəsini öz oxucularına təqdim edir:
– Elxan bəy, yenidən Ədalət Partiyasına döndünüz. Partiyanızın inkişafı, müxalif düşərgə ilə əməkdaşlıq yolunda hansı addımları atmağı planlaşdırırsınız?
– Artıq 1 aydır ki, partiyaya qayıtmışam. Bu müddət ərzində hörmətli sədrimiz İlyas müəllimin verdiyi səlahiyyət çərçivəsində iki istiqamətdə aktiv işə başlamışıq: bir tərəfdən, ölkədə siyasi barış və dialoq mühitinin olmasını istəyən partiya rəhbərləri, ziyalılar, din xadimləri, nüfuzlu ağsaqqallar, ayrı-ayrı sahələr üzrə ekspertlərlə görüşlər keçiririk, mövqelərini öyənir, mövqelərimizi çatdırırıq; o biri tərəfdən də, paralel şəkildə partiyamızın xüsusən ucqarlardakı rayon təşkilatlarının fəaliyyətlərini canlandırmağa çalışırıq. Düzdür, yekun qiymətləndirmə aparmaq hələ çox tezdir, ancaq hər iki istiqamətdə sonrakı addımlar üçün ümidverici nəticələr əldə edə bilmişik.
– Partiya rəhbərləri ilə keçirilən görüşləriniz barədə sosial şəbəkələrdə, mətbuatda məlumat verirsiniz. Kənardan belə təəssürat yaranır ki, Ədalət Partiyası müxalifətin hansısa yeni birliyini yaratmağa can atır…
– Yox, bu görüşlərimizdə məqsədimiz, hədəfimiz hansısa strukturlaşmış birlik yaratmaq deyil. Əsas istəyimiz fikirdə, düşüncələrimizdə birləşə biləcəyimiz ortaq nöqtələri, mövzuları tapmaqdır və şadam ki, belə uzlaşma nöqtələrimiz də həddən artıq çoxdur. Əsas odur ki, o nöqtələrdə birləşmək, uzlaşmaq istəyi olsun. Onu da biləsiniz ki, keçirilən görüşlərin heç də hamısı haqqında məlumat vermirik. İnformasiyanın ictimailəşdirilməsi həm də qarşı tərəfin razılığına bağlıdır. Məsələn, elə ziyalılarımız, ağsaqqallarımız var ki, görüşmüşük, çox qiymətli fikirləri, tövsiyələri, konkret təklifləri olub, ancaq görüş faktının ictimailəşməsini istəməyiblər… Onları da yaxşı başa düşürəm. Uzun müddət siyasi partiyalar o ziyalıların cəmiyyətdəki nüfuzundan bəhrələnib, elə fikir yaradıblar ki, bu ziyalılar həmin partiyanın rəhbərinin ətrafında birləşiblər, ancaq son nəticədə də həmin partiya sədrinin öz maraqları naminə heç kimlə məsləhətləşmədən atdıqları yanlış addımlar həm də o ziyalıların nüfuzuna, mövqeyinə zərbə olub. Ona görə də bəzi nüfuzlu ziyalılarımız ölkə problemlərinə biganə omasalar da, siyasi partiyalarla görüşlərə hədsiz ehtiyatlı yanaşırlar.
– Dediniz ki, birləşə biləcəyiniz ortaq nöqtələr çoxdur. Ancaq biz, uzun illər ərzində olduğu kimi, hazırda da müxalifət düşərgəsində qarşılıqlı ittihamları, çəkişmələri müşahidə edirik. Hansı birlikdən söhbət gedə bilər ki, hamısı bir-birini satqınlıqda, hökumətə “işləməkdə” suçlayır? Belə şəraitdə nə birlik?
– Azərbaycan müxalifətindəki bu dağınıqlığın, pərakəndəliyin, qarşılıqlı ittihamların ciddi siyasi səbəbləri var. Onları çözmədən, bilmədən, birlik istiqamətində heç bir addım ata bilməzsən, atdığın addımlar da faydasız olar və həm özündə, həm də cəmiyyətdə məyusluq yaradar. Ancaq çoxlarından fərqli olaraq, biz bu pərakəndəliyin səbəblərini çox yaxşı bilirik. Çünki ömrümüz bunların içərisində keçib və hamısını da çox yaxşı tanıyırıq, harda hansı addımı atacaqlarını, nə deyəcəklərini, hansı bəhanəni gətirəcəklərini öncədən proqnozlaşdıra bilirik… Ona görə də, fikir verirsinizsə, biz hamını bir çətir altına toplamaq iddiasından uzağıq, daha çox kimlərlə bir araya gələ, kimlərlə ortaq mövqe əldə edə, uzlaşa biləriksə, onlarla görüşür, danışırıq. Gələcək əməkdaşlıqda da o adamlara və təşkilatlara üstünlük verəcəyik ki, onlar milli maraqlarımızın qorunmasını öz şəxsi və qrup maraqlarından üstün tutmağı bacarırlar.
Azərbaycanda bəzi adamların, partiyaların missiyası elə hansısa maraqları naminə müxalifət daxilində birliyi pozmaq, təfriqə salmaq olub, belələriylə görüşüb vaxt itirməyin, tamaşa qurmağın nə faydası?! Bilirsiniz, Azərbaycan müxalifəti də eynən Azərbaycan mətbuatının günündədir – burada da həm xarici kəşfiyyata, həm də hakimiyyətə, hakimiyyətdəki ayrı-ayrı qruplaşmalara, müxtəlif oliqarxlara bağlı olan partiyalar, təşkilatlar var. Onlara hansı komanda gələcəksə, sonda da o komandanı yerinə yetirəcəklər. Belə şəraitdə və belə partiyalarla qurulan istənilən birlik, ittifaq, əlbəttə, sonda məhvə məhkumdur. Son 20-25 ildə qurulan müxalif birliklərin, ittifaqların tərkibinə və dağılma səbəblərinə baxın, hər şey sizə aydın olacaq.
– Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri
i
lə başla
t
dığı dialoqun perspektivini necə görürsünüz? Bu görüşlərin nə ilə nəticələnəcəyini proqnozlaşdırırsınız?
– Bu, “köhnələr”in – Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və komandasının bəzi üzvlərinin Prezident Administrasiyasındakı vəzifələrindən uzaqlaşdırılmasından sonra başlanmış çox yaxşı bir prosesdir. Onu qətiyyən yarımçıq saxlamaq və ya formal bir prosesə çevirmək olmaz. Əksinə, bu tanışlıq görüşlərini bitirdikdən və müəyyən ələmə, seçmə aparıldıqdan sonra onu daha yeni bir müstəviyə keçirmək lazımdır. İzləyənlərin məlumatı var və izləməyənlər də internet üzərindən kiçik bir araşdırma aparıb, baxa bilərlər: mən hələ partiyaya qayıtmamış, son 2 ildəki bütün yazılarımda məhz bu tezisi qabardırdım ki, hakimiyyət ciddi şəkildə ölkədə islahatlar aparmaq istəyirsə, o, mütləq müxalifətə, müxalifət düşərgəsində də hər hansı xarici öhdəliyi olmayan təşkilatlara, adamlara əl uzadaraq, onları öz yanına almalı, bu islahatları birgə həyata keçirməlidir. Çünki bu islahatlar təkcə hakimiyyəti yox, bütövlükdə ölkəni gücləndirəcək və bu səbəbdən də ölkənin güclənməsini istəməyən xarici güclərlə hakimiyyət içərisində islahatları istəməyən oliqarxiya birləşəcək, ölkədə qarışıqlıq salmaq üçünsə müxalifətdən istifadə oluncaq. Bu təhlükələri vaxtında önləməyin ən yaxşı yolu isə öncə müxalifətin öz daxilində sərhədləri müəyyənləşdirmək, islahat istəyənlərlə islahata qarşı olanları ayırmaq və sonda da islahatlarda maraqlı olan müxalifətlə birgə hərəkət etməkdir.
– Bu gün mətbuatda yayılan məlumatlara görə, bir çox müxalifət partiya
lar
ının sədr
lər
i Prezidentlə görüşə hazır olduqlarını bildiriblər. Belə bir görüş olsa, Ədalət Partiyası bu görüşə qatılacaqmı?
– Əlbəttə, dövlətin başçısı ilə – Prezidentlə müxalifət partiyalarının görüşü islahatlara inamın yaradılması və cəmiyyətə də birlik, həmrəylik mesajlarının verilməsi baxımından çox önəmli, vacib addım olardı və biz də bu ideyanı dəstəkləyənlərdənik. Ancaq mən hesab edirəm ki, belə bir görüş Prezidentdən öncə, ilkin mərhələdə Birinci vitse-prezidentlə keçirilsə, daha yaxşı olar. Çünki müxalifətlə barış istiqamətində addımları biz son illərdə daha çox Birinci vitse-prezidentdən görmüşük. Bütün müxalifətin mənəvi lideri sayılan Əbülfəz Elçibəyin həyat yoldaşı, həmçinin eks-prezident Ayaz Mütəllibovun xanımı dünyalarını dəyişən zaman Mehriban xanımın göstərdiyi diqqət, atdığı addımlar əks-düşərgədə barışdırıcılıq jesti kimi qarşılanmaqla yanaşı, həm də bütövlükdə cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaratmışdı. Xatırladım ki, o vaxt mən bu hadisəni ölkədə başlanan islahatlar prosesinə və milli adət-ənənlərimizin bərpasına töhfə verəcək mühüm bir addım kimi dəyərləndirərək, belə bir yazı da yazmışdım: “Siyasi barışa uzanan zərif əl: onu müxalifətdən sıxacaq cəsur ürək sahibi kim olacaq?”.
Elə hesab edirəm ki, ölkədə böyük siyasi barışa nail olmaq üçün Birinci vitse-prezidentlə müxalifət partiyalarının rəhbərlərinin görüşü daha effektli olar. Çünki cəmiyyətdə Mehriban xanımın barışdırıcılıq missiyasını öz üzərinə götürmüş bir Ana obrazı var və hakimiyyət bu üstünlükdən yararlanmağı bacarmalıdır. Onun dilindən hansısa müxalifət liderinin ünvanına indiyədək kimsə nəsə eşidibmi? Şəxsən mən araşdırmışam da, heç nə tapa bilməmişəm. Üstəlik Prezidentdən öncə Birinci vitse-prezidentlə görüş psixoloji baxımdan müxalifət liderləri üçün da rahat olar. Çünki kiminsə öz mövqeyindən geri çəkildiyi təəssüratı yaranmaz. Əksinə, çox səmimi atmosferdə ölkənin problemləri dilə gətirilər, mövqelər ifadə olunar, səslənən problemlərin də həllinə daha tez nail olunar.
Oxşar Xəbərlər
Gömrük generalı İsmayıl Hüseynovun səlahiyyətləri alındı
Baş redaktor yenə istintaqa çağırıldı –Elxan Şükürlü Ağır Cinayətlərə Dair İstintaq İdarəsində oldu
HAKİMİYYƏT MÜXALİFƏTİN AĞSAQQAL LİDERİNƏ DƏ ƏL UZATDI
Maliyyə hesabatı verməyən
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…