İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Azərbaycanda elektron siqaretlərin qadağan olunmasında yenilik -
Müddət dəyişir
Rusiya bu şəhəri itirdi: faciəvi durum, böyük itkilər var
AZAL təyyarəsinin qəzasından bir il ötür
Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb
Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
Yeni 50 manatlar belə olacaq
İlham Əliyevin İrana səfəri planlaşdırılır
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi -
FOTO
“Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular −
Prezident
Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı -
AÇIQLAMA
Saakaşvili İlham Əliyevi təbrik etdi: "Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu"
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Dövlətin 100 milyonlarla pulunu mənimsəyir, bir-iki il sonra azadlığa qovuşur….”
Mahmud Hacıyev: “Korrupsioner məmurlar fikirləşirlər ki, burada nə var, uzağı bir neçə il yatıb çıxacam, heç olmasa yüz milyonu vurmalıyam…”
“MTN rəhbərlərini hay-həşirlə tutdular, onarın da demək olar ki, hamısı indi azadlıqdadır. Onlar da həddindən artıq kapital yığmışdılar…”
“Məhbus azadlığa çıxandan sonra təkrar cinayət edirsə, bu, artıq sosioloji problemdir”
Azərbaycanda əlamətdar hadisələr, bayram günləri səbəbi ilə əfv sərəncamları, amnistiya verilməsi kimi ənənə mövcuddur. Məqsəd bir sıra məhbusları vaxtından əvvəl azadlığına qovuşdurmaqdır. Bunun humanist məqsədlə reallaşdırılmasına baxmayaraq, təəssüf ki, bir sıra qüsurların olması da müşahidə olunur. Bu isə ümumi işin mahiyyətinə zərər vurur.
Məlum olduğu kimi, son amnistiya aktı Zəfər gününün ildönümü münasibətilə gerçəkləşdirildi. Amma cəmiyyətdə bu amnistiyada azadlığa çıxan bəzi şəxslərlə bağlı birmənalı münasibət olmadı. Bu barədə hərbi ekspert, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı Mahmud Hacıyevin fikrini öyrəndik.
-Yəni korrupsionerlərin layiq olduqları cəzanı almaması mövcud vəziyyəti doğurur...
-Bəli. Cinayət törətmiş adam tutduğu əmələ görə xüsusi çəkisi olan cəzanı almayanda, yaxud ümumiyyətlə cəza almayanda nəticənin belə olacağı "2X2"dir. Sual oluna bilər ki, bəs sovetlər dönəmində necə idi? Sovetlər dönəmində güllələnmə, ölüm cəzası var idi. Sadəcə, o zaman kommunist ideologiyasi “korrupsiya” sözünü işlətməyə icazə vermirdi. Deyirdilər ki, bizdə kommunizmdir, korrupsiya yoxdur. O zaman rüşvət almaq cinayət qanunvericiliyində ayrıca maddə idi. Aydın məsələdir ki, rüşvət almaq korrupsiyaya bulaşmaq deməkdir, “korrupsiya” sözünü işlətməyin. Bir də Cinayət Məcəlləsində ayrıca maddə var idi - dövlət əmlakını xüsusilə külli miqdarda oğurlamaq, israf etmək, mənimsəmək. Rüşvət almaqda da, misal çəkdiyim ikinci maddədə də ölüm cəzası var idi. Hətta biz tez-tez təcrübədə rast gəlirdik ki, belələrini güllələyirdilər.
- Aydındır. Amma iş burasındadır ki, bizdə korrusioner məmurlar bəzi hallarda türmədən özbaşına çıxmırlar, onları siyahıya salanlar, saldıranlar olur…
- Orada komissiya var. Komissiya oturur, müzakirələr aparır. Məlumatım yoxdur ki, o komissiya necə təşkil olunur. Heç dəqiq bilmirəm də ki, həmin komissiyanın tərkibində kimlər var.
-Belə çıxır ki, həmin cinayətkarların azadlığa çıxmasında o komissiyanın rolu var.
- Əsas komissiyadır. Bəs necə... Komissiya ərizələrə, müraciət edənlərə, onların islah-əmək düşərgəsində davranışına, ailə vəziyyətlərinə, islah əmək düşrgəsində neçə müddət olduğuna və s. baxır, məhbusları saf-çürük edir, filtrasiyadan keçirirlər. Dəfələrlə yox, bir neçə dəfə yığılırlar. Yekun siyahı hazırlanıb, ölkə başçısına təqdim olunur.
-Görünür, komissiyanın özünü yoxlamaq lazımdır.
-Aydın məsələdir ki, komissiya bu siyahını necə tərtib edir, biz bilmirik. Onun işinə qarışa bilmərik. Orada gərək iştirak edəsən ki, görəsən, söhbət necə olur, necə təhlil edirlər, hansı kriteriyalara əsaslanırlar. Orada iştirak etməmişik, amma ümumi formada izah edirik. Amma o qınına çəkilənlər ki var idi, əvvəlkilərin buraxılması ilə bunlara elə bil stimul verdilər. Görürük və eşidirik. Onlar yenə qızışıblar.
-Yəqin düşünürlər ki, biz də eyni əməli törətsək, uzağıq bir neçə il yatıb çıxacağıq…
-Təbii. İnsan belədir. Birdən siz deyərsiniz ki, niyə cəza ağır olmalıdır, niyə insan qorxçalıdır... İnsanda qorxu olmalıdır. Yaxşı mənada insan qanundan qorxmalıdır. Qanun lazımdır. Mən demirəm ki, insan qorxaq olsun, hər şeydən qorxsun. Mən elə şeyin əleyhinə olmuşam. Qanundan mütləq mənada qorxmaq lazımdır. Qanun deyir ki, birdən belə edərəm, belə olar. İndi bunlar gördülər ki, əvvəlkilər yüngülvari cəza alıb çıxdılar, bundan əlavə stimul alıblar. Dişlərini itiləyib, bu ölkənin canına düşüblər. Ara-sıra bir qism məmurlara cəza verilir, bir qismini tuturlar. MTN rəhbərlərini hay-həşirlə tutdular, onarın da demək olar ki, hamısı indi azadlıqdadır. Onlar da həddindən artıq kapital yığmışdılar. Onlardan dördünün haqqında məhkəmə prosesi gedir. İndi əsas istintaq xidmətinin rəisi və onun şöbə rəisləri haqda istintaq prosesi gedir.
- Məlumdur ki, insanlar törətdikləri əməllərə görə həbsə ona görə salınır ki, islah olunsun. Əgər qısa müddətdə azadlığa çıxırlarsa, onda onlar necə islha oluna bilər?
-Mən sizə bir şey deyim. Son vaxtlar bu, kütləvi hal alıb. Televiziyanın xəbərlər proqramı, KİV-lər, qəzetlər və hüquq-mühafizə orqanlarının mətbuat xidməti həmişə tutulan insanlar haqda məlumat verəndə sevincək, pafosla, ağızdolusu deyirlər ki, bəs deməzsinizmi, bunlar əvvəllər məhkum olunmuşlardır. Bu istər hüquq-mühafizə orqanına, istər ictimaiyyətə, istər icra strukturlarına, istər hökumətə başucalığı gətirən hadisə deyil. Yəni bu önəmli hadisə deyil ki, onu gözaydınlığı ilə, pafosla sevincək elan edəsən. Niyə bunu gözaydınlığı ilə elan etmək olmaz? Adam məhbəs həyatı keçirib, azadlığa çıxıb. Azadlığa çıxandan sonra əgər o təkrar cinayət edirsə, bu, artıq sosioloji problemdir. Sosioloji bəladır. Sosioloji bəlanı elə bir sevincək tərzdə elan etmək olmaz. Mənə çox pis təsir edir.
Məhbus həbsdən çıxdıqdan sonra onunla müəyyən məqamda ünsiyyətə girmək, qayğı göstərmək lazımdır. Sovetlər dönəmində məhbəsdə islah olunub-çıxanlar daha çox idi, nəinki indi. O dövrdə məhbəs həyatını keçən və oradan əməlisaleh adam kimi çıxanlar indikilərlə müqayisədə daha çox idi. Sovet dövründə təkrar cinayət edib məhbəsə düşənlərin sayı indiki dövrdəkindən çox az idi. Çünki sovet dönəmində bütün islah əmək düşərgələrində iş yerləri var idi. Bu düşərgələrdə gözəl mebel kombinatı var idi. Elə gözəl mebel düzəldirdilər ki, bütün nazirliklər, komitələr, dövlət strukturları oradan mebel sifariş edirdi. Mənim bir uzaq tanışım 6-cı kolonda həbs həyatı keçirirdi. O, koloniyadan ailəsinə pul göndərirdi. Təsəvvür edirsinizmi, bu nə deməkdir...
-Yəni məhbuslar həm də işləyib maaş alırdılar...
-Bəli. Mən indi hərdənbir bunu cavanlara danışıram, deyirlər ki, bu kişi nə danışır, kolondan evə pul göndərmək olar?! O zamanlar məhbuslar evdən ev yeməyi gözləmirdilər.
-Sizcə, o halda bu problemi necə həll etmək olar? Necə tənzimlənməlidir?
-Yenə mən qayıdırmam sovetlər dönəminə. O vaxt bütün rayonlarda belə bir qurum var idi - Yerli Zəhmətkeş Deputatların İcraiyyə Komitəsi. El arasında buna “Raispalkom” deyirdilər. “Raispalkom” hökumət nümayəndəsi idi. Bəzi polis şəbələri də bu qurumun tərkib hissəsi hesab olunurdu. Həbsxanadan məhbus həyatı çəkib çıxan şəxs olanda “Raispalkom” üçün də, həmin şəxsin yaşadığı əraziyə baxan polis şöbəsinin rəisi üçün də, sahə müvəkkili üçün də bir vəzifə olaraq tapşırılırdı ki, onu nəzarətə götürün, işlə təmin edin. Mənim hərdən cavan sahə müvəkkiləri ilə söhbətim olur, onlara deyirəm ki, elə dustaq həyatı keçirib gələnlər var idi, sahə müvəkkilik onun əlindən tutub iş yerlərinə aparırdı, keçmiş məhbus bəyənmirdi ki, mənə başqa iş göstər. Dustaq üçün seçim edirdilər. Sahə müvəkkili deyirdi ki, dörd iş yerinə aparmışam, bəyənmir. Həm də onu nəzarətə götürürdü ki, baxsın özünü necə aparır.
Əgər sovetlər dönəmində məhkumluq həyatı keçirib çıxan şəxslər yeni cinayət edirdisə, o vaxt həm polis idarələri bununla bağlı rüblük hesabat verirdi. İspalkom da, polis şöbəsi də hesabat verirdi. Nazirliklər də Moskvaya hesabat verirdi. Əgər məhbus təkrar cinayət edirdisə, aləm bir-birinə qarışırdı ki, siz nə danışırsınız, bu məhbəsdən 3-4 ay əvvəl çıxıb, yenə cinayət edib? Bəs siz hara baxırsınız, bunu niyə işlə təmin etməmisiniz? Bunun sosial-iqtisadi problemləri niyə həll olunmayıb? Axı o, niyə təkrar cinayət etməlidir? Hətta həmin sahəyə baxan sahə müvəkkliniə inzibati cəza verirdilər. Yaxud polis şöbəsinin rəisinə inzibati cəza verirdilər ki, bu şəxsi nəzarətə götürüb sosial problemlərini niyə həll etməmisiniz? İndi televiziyada xəbərlər proqramına baxırsan, deyilir ki, əvvəl məhkum olunmuş şəxs həbs olunub.
-Deməli, ən azı dövlət sovet zamanındakı tədbirlərdən örnək götürərək müəyyən tənzimləmə apara və bunun əsasında müəyyən proqram təşkil oluna bilər.
-Sovet zamanınıda bu tədbirlər olub. Köhnədən pisi çıxarmaq, yaxşını isə qəbul edib, yaxşı kimi tətbiq etmək lazımdır.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Oxşar Xəbərlər
“Amnistiya Aktı ilə 1 921 şəxs azadlığa buraxılıb” - Baş Prokurorluq
Amnistiya Aktı ilə azdlığa buraxılan qadınların sayı açıqlanıb
Baş Prokurorluq Amnistiya Aktının tətbiqi ilə bağlı yeni statistikanı açıqlayıb
ŞAD XƏBƏR! Amnistiya Aktının icrasına başlandı SON DƏQİQƏ
Xəbər lenti
İlham Əliyev 2026-2030-cu illər üzrə statistikaya dair dövlət proqramını TƏSDİQLƏDİ
Azərbaycanda elektron siqaretlərin qadağan olunmasında yenilik -
Müddət dəyişir
Rusiya bu şəhəri itirdi: faciəvi durum, böyük itkilər var
AZAL təyyarəsinin qəzasından bir il ötür
Bakıda şirniyyat mağazasından oğurluq edən şəxs saxlanılıb
Bu ərazidə 10 dərəcə şaxta var
Xocalı, Xocavənd və Zəngilan rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
Yeni 50 manatlar belə olacaq
İlham Əliyevin İrana səfəri planlaşdırılır
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi -
FOTO
Prezident İlham Əliyev istənilən vəziyyətdə çıxış yolunu bilir.
Sabah güclü qar yağacaq -
hava PROQNOZU
SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi –
RƏSMİ
"Deyirlər ki, 21-ci əsrdir, bunun geyindiyinə bax"
“Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular −
Prezident
Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı -
AÇIQLAMA
Saakaşvili İlham Əliyevi təbrik etdi: "Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu"
Ərdoğan İlham Əliyevi təbrik etdi
İşdən qanunsuz çıxarılmış 71 nəfər geri qaytarıldı
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
2025-ci ilin ikinci yarısında “Veysəloğlu” hansı uğurlara imza atdı
-VİDEO
"TikTok" məsuliyyətsizlik meydanı deyil: sözün də cəzası var
Tanınmış müğənni azadlığa buraxıldı
Yağış, qar... - Sabahın havası
Birqütblü dünya düzəni daha da güclənir-Xəqani Cəfərli yazır
Polkovnik işdən çıxdı
Müasir Azərbaycanın taleyini müəyyən edən Liderlik missiyası
Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı -
Gizli liman?
Mehriban Əliyeva Prezidenti belə təbrik etdi -
VİDEO
Bu gün İlham Əliyevin ad günüdür
İnsanpərvərlik və Ədalət: Əfv və Amnistiya Aktları Dövlət Siyasəti Kimi
Multikulturalizm və Tolerantlıq: Azərbaycanın Humanizm Modeli
Xalqın İçində: Cənab Prezidentin Ad Günlərini Azad Ərazilərdə Keçirmə Ənənəsi
Azad Edilmiş Torpaqların İqtisadi İntibahı: Ağdam və "Araz Vadisi" Sənaye Parkları
Cənab İlham Əliyevin Zəfər Seçkisi və Xalqın Sarsılmaz Etimadı
Həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Elşad Abdullayevə hökm oxundu
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
Direktorun evindən kollecə məxsus texnikalar tapıldı
Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ:
Vəzifəli şəxslər SAXLANILDILAR - ADLAR
İlham Əliyev Xocalıdadır -
FOTOLAR
Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi
Şuşa ilə bağlı bu qayda dəyişir -
Bundan sonra belə olacaq
Prezident Xankəndinin Kərkicahan qəsəbəsinə getdi -
FOTOLAR
Milli Məclis Prezidenti təbrik etdi
Milli Məclisin növbəti iclası başladı
1399-cu gün:
Rusiyanın itkiləri yeniləndi
Ötən gün pirotexniki vasitələr satan 4 nəfər saxlanılıb
İşsiz qalan vətəndaşın kredit borcunu sığorta ödəyə bilər?
PRİZMA
Prezident İlham Əliyev istənilən vəziyyətdə çıxış yolunu bilir.
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Bu ərazidə 10 dərəcə şaxta var
Sabah güclü qar yağacaq -
hava PROQNOZU
SON DƏQİQƏ! Yeni il tətilinin vaxtı dəqiqləşdi –
RƏSMİ
"Deyirlər ki, 21-ci əsrdir, bunun geyindiyinə bax"
İşdən qanunsuz çıxarılmış 71 nəfər geri qaytarıldı
Yağış, qar... - Sabahın havası