Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Dövlət Əmək Müfəttişliyi Xidməti "Nuray Tədris Mərkəzi” MMC-ni 20 min manat cərimə edib.
Sozcu.info xəbər verir ki, mərkəz İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Sabunçu Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, "Nuray Tədris Mərkəzi” MMC şahmat , xarici dil, kompüter, rəqs, rəssamlıq və s. kurslar, həmçinin məktəbəqədər hazırlıq tədris edir.