“Harınlamış oğlu elə Rövnəq Abdullayevin siması deməkdir” – ELDAR SABİROĞLUDAN QARABAĞ QAZİLƏRİNƏ DƏSTƏK

“Harınlamış oğlu elə Rövnəq Abdullayevin siması deməkdir” – ELDAR SABİROĞLUDAN QARABAĞ QAZİLƏRİNƏ DƏSTƏK

 

Qarabağ əlillərinə qarşı SOCAR-ın bu şiddətinə heç bir halda haqq qazandırmaq olmaz. Ancaq onu da istisna etmirəm ki, döyüşçülərin tələb və etirazlarında hansısa həddiniaşma iddiası yoxdur və ya qarşıdurmada onları ümumiyyətlə, tərəf kimi tanımaq ədalətli sayıla bilməz. Qanun qarşısında hər kəsin eyni məsuliyyəti var, o cümlədən də Qarabağ qazilərinin. Bəs niyə o zaman cəmiyyət birtərəfli qaydada təkcə SOCAR-ı dövlət adına hörmət gətirməyən bu hadisədə günahkar sayır? Sualın obyektiv və vicdanı cavabını tapmaq gərəkdir, onda meydanda qaranlıq heç nə qalmaz.

Dağa-daşa düşmədən Rövnəq Abdullayevin timsalındaca fikrimizi davam etdirək. Harınlamış oğlu elə onun siması deməkdir. Necə olur ki, milyonların üstündə oturan, təbiət etibarı ilə fövqəladə dərəcədə özündənrazı, ömründə bəlkə də bir kitab-dəftər üzü açmayan, Gürcüstandakı erməni kilsələrini mavi yanacaqla pulsuz təmin edən və bunu böyük fərəhlə efirə açıqlayan bu gerizəkalı erməni cəfakeşinin səngər və döyüş görməyən oğlu Avropa ölkələrində yüz hoqqadan çıxır, bu qanuni sayılır, lakin özünə daldanacaq tikən müharibə əlilinin hərəkətini qanunsuz hesab edib qoçu dəstəsilə onların burun - başını qana boyayır!? Bu qədər sadə və aydın!!!

Qanun qarşısında dövlət məmurundan tutmuş adi vətəndaşa kimi hamının eyni məsuliyyəti var. Bu mənada qanun Rövnəq kimilərlə digər insanlar arasında heç bir fərq qoymur. Di gəl bunu SOCAR prezidentinə anlat. Əsas müsibət də burdadır. Elə başa düşür ki, vəzifədədirsə, qanun elə onun özü deməkdir. Yaxşı ki, səsini qaldıranı yerə yıxıb təpiklədir, dilini dibindən üzmür. HƏLƏKİ.... Qanunun görünmədiyi vəziyyətlərdə bu şəkildə ayrı- seçkiliyin olması dərk ediləndir.

Lakin başqa vacib bir məsələ ondan ibarətdir ki, bu cür adamlar dövlətə və onun rəhbərinə vurduqları zərbənin heç olmazsa fərqindədirlərmi?! Əksinə yaxşılıq etdikəri qənaətindədirlər. Allah kəssin belə yaxşılığı. Həssas günlərdə ciddi təxribatlara yol aça biləcək hadisələrin məsuliyyətini anlamaq gərəkdir. Axı etirazların sabah böyüyərək ciddi problemlərə çevrilməyəcəyinə kim qarantiya verə bilər? Dövlətə belə canıyananlıq göstərmirlər. Nə də sənin üzündən dövlət başçısının ünvanına yönələn sərt tənqidə(və...) haqq qazandırmaq mümkündür!!! Neftin və qazın iyi beynini məst edib Rövnəqin. Yoxsa ki, sosial şəbəkələrdə öz obrazı ilə yanaşı dövlətə edilən həqarətlərə baxıb xəcalət çəkərdi...



Oxşar Xəbərlər

Xəbər lenti