Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Belə ki, toksik zəhərlənmə infeksion mənşəli ola bilər ki, bu zaman qaraciyərə, böyrəyə təsir etsin. Həmçinin heyvan zəhərləri, turşular (sirkə turşusu və s.), dəm qazı özü də toksik mənşəli zəhərlənməyə aiddir”.A.Maqsudov qeyd edib ki, BDU-nun ölən tələbəsi ilə bağlı araşdırma gedir və dəqiq cavab hələ verilməyib:"Biz toksikoloji zəhər təsdiqləmədik, ancaq hər ehtimalla baxaq görək nə deyəcəklər”.Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər və xəstəxanada müalicə olunan tələbələr noyabrın 27-də evə buraxılıblar.Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.