Depozit hərracında tələb daha da artıb

Depozit hərracında tələb daha da artıb

 

09.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 800,6 milyon manat,hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

 

"Marja" xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb etdiyindən bu məbləği də cəlb edib.

Xəbər verdiyimiz kimi, 02.12.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keç irilmiş növbəti depozit hərracında tələb 655 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir. Mərkəzi Bank 100 milyon manat cəlb ediləcəyi bəyan etdiyindən bu məbləği də cəlb edib.

5.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 743,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb etməyi nəzrdə tutduğundan bu məbləği də cəlb etmişdi.

18.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 605 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib. Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.

12.11.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 663.7 milyon manat təşkil etmişdi. Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb etmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti