Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Əflatun MƏMMƏDOV,
Müstəqil İnternet və İKT üzrə ekpert
Bildiyimiz kimi, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin hesabat və iclaslarlnda, o cümlədən koronavirus pandemiyası ilə əlaqədar bir sıra mötəbər və nüfuzlu beynəlxalq qurumların (bank sekotoru, yüksək texnologiyalar üzrə şirkətlər vəs. ) ali rəhbərlikləri ilə görüş və çıxışlarında ardıcıl olaraq kölgə iqtisadiyatı haqqında və onun bütövlükdə ölkə iqtisadiyyatına vurduğu neqativ təsirlərdən geniş danışmış və onun birmənalı olaraq aradan qaldırılması üçün kifayət qədər siyasi iradənin olduğunu dəfələrlə vurğulamışdır.
Həm də məlumumuzdur ki, bu prosesin özünün də geniş ictimayətin və demək olar ki, hər kəsin gözü önündə, dayanıqlı və davamlı dərin islahatlar fonunda həyata keçirildiyi də qaçılmaz bir faktdır.
Eyni zamanda, bu istiqamətdə bütovlükdə iqtisadi sektorda aparılan islahatların daha da geniş vüsət alması məqsədilə direktiv və normativ sənədlər toplusunda qanunvercilik və inzibatçılıq metodlarının, o cümlədən üsul və idarəetmənin daima yeniləndiyini, həmçinin, 2016-cı il dekabr ayında “ İqtisadiyyatın İnkişafına dair Yol Xəritəsi “ - nin də ayrıca olaraq qəbul edildiyini də xüsusi olaraq qeyd etmək yerinə düşərdi.
Bununla da, bu istiqamətdə dövlətin həm qərarlılığı, həm də bu sahənin prioritet məsələlərdən olduğu geniş ictimai təfəkkürdə öz təşəkkülünü tapmışdır.
Bu da, öz növbəsində ölkə iqtisadiyyatının dirçəldilməsi yönündə, həm dövlət qayğısının öz ifadəsi kimi önəmsənilmiş, həm də icrası aktual və vacib olan məsələlərə aid edilərək “ Yol Xəritəsi “- nin bütövlükdə həyata keçirilməsi aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülmüşdür.
Əlavə olaraq, qeyd etdiyimiz kimi nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə də Dünya Bankının, o cümlədən Beynəlxalq Diplomlaşdırılmış və Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyasının ( ASSA ) açıqladığı hesabatlara əsasən, Azərbaycanda kölgə və gizli iqtisadiyyatın həcmi ÜDM- in ( ümumi daxili məhsul ) xüsusi çəkisində təqribən 65 % təşkil etdiyi təxmin edilərək bildirilmişdir.
Hesabatda kölgə iqtisadiyyatının miqyasına görə Azərbaycan, Ukrayna, Nigeriya, Rusiya, Brazilya, Pakistan, Bolqarıstan və Keniya ilk onluqda yer aldığı bildirilir ki, bu da peşəkar ekspert iqtisadçıların iddialarına görə bu ölkələrə gələcəkdə beynəlxalq investisya yatırımlarında ciddi problemlər yaradacağı qənaəti hasil edir.
Bu hesabatla ÜDM təq. 60 mld. Azn. olduğunu diqqətə alsaq, ölkəmizə neft gəlirləri daxil olandan üzü bu yana azı 20 ildə, 60 mld.- ın 65 %- i təq. 35 mld. edir ki, bu rəqəm hər il itki kimi olduğu diqqətə alınmış və bunun nəticədə də toplam olaraq təq. İtkilər 20 il • 35 mld. = 700 mld. ( 1 trl. - na yaxın ) məbləğ təşkil etdiyini hər kəs aydın görə bilər qənaətindəyik.
Eyni zamanda, bu hesabatın özünü də ölkəmizdə gizli və kölgə iqtisadiyyatın olması təxminində ümumi iqtsadiyyatın bütövlükdə itirdiyi maliyyə vəsaitləri kimi də başa düşmək olar.
Başqa bir misal da ölkə Prezidentinin yanında keçirilmiş büdcə müzakirələrində gömrük komitəsinin və digər mötəbər dövlət yetkililərinin dəfələrlə qeyd etdikləri kimi son illərdə gömrük komitəsində aparılan islahatlar nəticəsində əldə edilən milyonlarla əlavə gəlirləri xatırlatmaq da yerinə düşərdi.
Belə ki, ötən illərdə bu milyonlar hesablansa yenə də kifayət qədər böyük rəqəmlərin oğurlandığı və ya açıqca yol verilmiş korrupsiya əməliyyatlarının olduğu da ayrıca olaraq bu qəbildən başa düşüləndir.
Rəsmi dövlət orqanlarının öz dillərindən söylənən belə misalları çox gətirmək olar.
Bu misalların hamsı mahiyyətcə eyni məzmun daşıdıqları üçün hesab edirəm ki, bu qədəri kifayətdir.
Eyni zamanda, yuxarıda qeyd olunan araşdırma və təhlillərdə göstərilən rəqəmlər və onların ifadə edikləri mənalar iqtisadiyyatımızın düşmüş olduğu vəziyyəti də açıq-aydın göstərməyə imkan verir.
Azərbaycanda kölgə və gizli iqtisadiyyatın böyük rəqəmlərlə ifadə olunması haqqında əvvəllər də mötəbər qurumlar və yerli ekspertlər tərəfindən müəyyən analoji araşdırmalar da aparılmışdır.
Həmin araşdırmalara əsasən Azərbaycanda böyük neft ixracatı dönəmində kölgə və gizli iqtisadiyyatın həcminin daha böyük olduğu göstərilərək beynəlxalq mötəbər qurumların hesabatlarında bu rəqəmlər öz əksini tapmışdır.
Xüsusən dövlət təşkilatlarında “ paket “ maaşlarıından tutmuş, qeyri dövlət strukturlarına, o cümlədən özəl sektor da daxil olmaqla
“ qara “ mühasibatlığa qədər geniş yayılmış gizli və kölgə iqtisadiyyatın institutlaşmış köklərinin gedərək dərinlərə işlədiyi də ayrıca olaraq bildirilmişdir.
Hətta, ümumilikdə ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində, həmçinin, özünəməxsus əhali arasında, rəsmi vergi orqanlarında qeydiyatdan keçmədən və yaxud ən azı gizli sövdələşmələr yolu ilə fəaliyyət göstərən müəsissə və digər strukturlarda süni yollarla gəlirlərin gizlədilərək və ya heç göstərilmədən çalışan böyük sayda hüquqi və fiziki şəxslərin kifayət qədər olduqları vurğulanmışdır.
Yuxarıda qeyd olunanlara əlavə olaraq bu gün, həm də çox maraqlı və əyləncəli sahə sayılan və çağdaş əsrimizin gələcəyi hesab olunan bütövlükdə İnternet məkanında rəqəmsal iqtisadiyyatın, o cümlədən virtual biznesin və onun qeyri ənənəvi fəaliyyətlərinin üzərində qurulan kiber məkanda bütövlükdə sahibkarlıq fəaliyyətləri elektron ticarət, internet ticarəti, kompüter on-line oyunları, idman mərc oyunları (elektron kazino, topaz, kriket, at yarışları vəs. ) kimi olmaqla bu virtual sahibkarlıq fəaliyyətlərin də qanunauyğun formada vergiləndirilməsi prosesləri də yarıtmaz vəziyyətdədir.
Hətta, bu fəaliyyətlərin ÜDM- də xüsusi çəkisi bu gün də hiss olunmayacaq dərəcədə olub ölkəmizin yaşadığı bu ağır iqtisadi böhran durumunda yaşanan pandemiya fəlakəti fonunda milyonlarla maliyyə itkiləri şəkilində müşayət olunmaqla davam edir.
Müstəqil ekspert və maliyyə qurumlarının rəsmi qaydada apardıqları sorğu, tədqiqat və araşdırmalar əsasında müəyyən etdikləri gizli və kölgə iqtisadiyyatının həcminin, hətta, göstərilən rəqəmlərdən qat-qat daha yüksək olduğu qənaəti də ayrıca hasil olmuşdur.
Qlobal maliyyə bohranı və bu sahədə təkcə analitik - iqtisadi təhlillərə söykənən məntiqi nəticələrin sadə rəqəmlərlə ifadəsi də onu göstərir ki, kiçik, orta və iri sahibkarlığın fəaliyyətinə, xüsusi yanaşmalar, o cümlədən ali qərarlar verilməzsə və dərindən islahatlar
( immitasiya xarakterli olmamalı ) aparılmazsa, bu sektor hələ uzun müddət özünə gəlməyərək fəaliyyətləri türbülanslar və sarsıdıcı şoklarla müşayət olunacaqdır...
Belə ki, aydın təsəvvürümüz olsun deyə ölkəmizdə bu sahədə real iqtisadi göstəriciləri yaxından təhlil etsək görərik ki, vergi qeydiyyatından rəsmi qaydada keçmiş ümumi vergi ödəyicilərinin ( hüquqi və fiziki şəxslərin ) sayı, təqribən 800 minə yaxındır və həmçinin, onların vergi internet idarəsində aktiv görünən hissəsi, yenə təqribən 400 min kimidir, amma, gerçəkdə vergi bəyannaməsində öz gəlirlərini və dövriyyəsini göstərən vergi ödəyicilərinin sayı isə bu rəqəmlərdən qat-qat aşağı olub təqribən 200-250 min civarında, ölkə əhalisin 10 mln. olduğunu nəzərə alsaq bu nisbətdə vergi ödəyicilərinin sayının qeyri qənaətbəxş olduğu görünər və demək olar ki, bu mənada yox kimi görünürlər...
Bu rəqəmlər, bu gün də onların dövrü hesabatlarına və təqdim etdikləri bəyannamə sənədlərinə uyğun olaraq aşağı- yuxarı 5-10 % oynamaqla dəyişməkdədir.
Burada, həm də hər kəs üçün aydın olsun deyə, büdcə ödəmələrinin tərkibi də ayrıca olaraq analitik təhlil edildikdə, açıq şəkildə görünür ki, onun, yəni büdcənin təqribən 90 %- ni sadəcə Bakı şəhərində fəaliyyət göstərən 10 %- ə yaxın vergi ödəyiciləri ödəyirlər...
Rəqəmlə bunu ifadə etsək ötən illərin analogiylarına uyğun olaraq bu o deməkdir ki, təqribən büdcəyə ödənilməli ümumi məbləğin vergiyə düşən hissəsi, yəni təq. 7 mld.- ın 5 mld.- nı(75 %), Bakı şəhərində qeydiyyatda olan 10 % iri sahibkarlar- vergi ödəyiciləri həyata keçirirlər, geridə qalan təq. 2 mld. - nı ( 25 % ) isə region və rayonlarda fəaliyyət göstərən 90% kiçik və orta sahibkarlar ödəyirlər.
Burada, təq. 0.7-0.8 mld. ( 10% - ə yaxın ) olan çox cüzi əhəmiyyətsiz bir hissəsi, orta sahibkarlar olan vergi ödəyicilərin payına düşür ki, bu rəqəm də ümumi məbləğdə ğöründüyü kimi yox kimidir... necə ki, orta sahibkarların və sahibkarlığın demək olar ki, bu nisbətdə olmadığı kimi...
Bu da öz növbəsində, işlətmədə və işgüzar iqtisadi fəaliyətdə analoqu olmayan bir maliyyə-iqtisadi haldı ( fenomendi ).
Yeri gəlmişkən milli iqtisadiyyatımızda yaşanan bu halın özü də üzücü olub, çox düşündürücü bir məqamdır.
Rəqəmlərdən və onların açıq-aydın təhlillərindən göründüyü kimi, bu durum sadə bir həqiqətdir ki, büdcə ödənişlərinin məbləğ olaraq əsas hissəsini ( 90 %- ni ), sayca iri vergi ödəyiciləri (10%), geridə qalan cüzi məbləğin (10 %- ni ) isə dolayısı ilə bu həm də, yerdə qalan (90 % ) kiçik və orta vergi ödəyicilərin paylna düşür və onlar həyata keçirirlər deməkdir.
Bu rəqəmlər, gəlişi gözəl rəqəmlər deyil, bu rəqəmlər ölkə iqtisadiyyatının fəryadıdır, hayqırtısıdır və həm də gerçək üzüdür.
Bu rəqəmlər eyni zamanda, demək olar ki, orta sahibkarlığın tamamıilə olmadığı kimi acınacaqlı bir iqtisadi mənzərəni də ortaya qoyur.
Ciddi iqtisadçı təhlilçilər çox yaxşı bilirlər ki, orta sahibkarlığın olmadığı bir iqtisadiyyat büsbütün kolabsdır, iqtisadi dildə izahı yoxdur və həm də sözün bitdiyi yerdir.
Xüsusən də, 2020- ci il koronavirus pandemiyası və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə ölkədə iqtisadi sektorda yaşanan durum, gəlirlərin hədsiz dərəcədə azalması, bir başqa sözlə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun ifadəsilə desək hər ay təqribən 150-200 mln. azn olmaqla itkilərin olması, maliyyə şoklarının yaşanması ilə müşayət olunur.
Bu da öz növbəsində ölkədə bütövlükdə sahibkarlıq fəaliyyətini büsbütün iflic vəziyyətinə salmış və bu sektorda sahibkarlıq fəaliyyətinə dərin iqtisadi təbadüllatları yaşatmaqdadır.
Bununla belə bir sıra iqtisadi təhlil və maliyyə göstəriciləri onu da göstərir ki, qara mühasibatın “ tədricən “ deyil, “ radikal “ şəkildə agardılması qaçılmaz məsələlərdəndir və görünən də odur ki, ölkə rəhbərliyi ciddi islahatların anonsunu verməklə bərabər, həm də vaxt itirmədən köklü islahatlara başaladılması tapşırıqlarını da aidiyyatı dövlət qurumlarının qarşısında taleyüklü kritik bir məsələ olaraq qoyduğu da əbəs yerə deyil.