İrəvan hərbçilərimizə “evinizə xoş gəldiniz” deyən qadınla bağlı açıqlama yaydı

Qarabağ döyüşlərinin ilk günlərində işğaldan azad olunmuş yaşayış məntəqəsində Azərbaycan hərbçilərinin qarşısına çıxaraq “evinizə xoş gəldiniz”, deyən erməni qadınla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

 Sozcu.info bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumatda deyilir ki, Azniv Baqdasaryan Ermənistan vətəndaşıdır. Ermənistan milli təhlükəsizlik xidməti “Ermənistan vətəndaşı Azniv Baqdasaryan bu ilin 7 oktyabrında Azərbaycan tərəfə əsir düşüb”, açıqlamasını yayıb. 

Beynəlxalq Qızıl Xaç Komitəsindən isə bildirilib ki, qadınla görüş keçirilib və ona ailə üzvləri ilə telefon əlaqəsi saxlamaq üçün şərait yaradılıb. Erməni mediası onu da yazıb ki, erməni qadın atəş səslərindən huşunu itirib, üç gün mağazada qaldıqdan sonra Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb. Ermənistan mətbuatı Baqdasaryanın “evinizə xoş gəldiniz” sözlərini də tirajlayıb.

Qeyd edək ki, bəzi məlumatlar və yayılan fotoşəkillər bu qadının terrorçu birləşmələrlə əlaqəsinin olduğu, yaxud kəşfiyyata gəldiyi iddiasını ortaya çıxarıb və heç şübhəsiz, bütün bunlar araşdırılır. Hər halda, erməni tərəf Ermənistan vətəndaşı olan qadının döyüşlərin getdiyi Qarabağda  hərbi geyimdə nə axtarması - sualına aydınlıq gətirməyib.

Yeri gəlmişkən, Azərbaycan tərəfi erməni qadınla bağlı xəbər yaydıqdan sonra ermənilər həyasızcasına bu faktı inkar edir və Azərbaycanın “şou təşkil etdiyi” barədə cəfəngiyat uydururdular.


Oxşar Xəbərlər

Xəbər lenti