Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Son illərdə Respublikamızda loqistika və nəqliyyat dəhlizləri vasitəsilə ölkəmizin rəqabət qabiliyyətliliyinin təmin edilməsi istiqamətində böyük layihələr həyata keçirilməkdədir. Bu da təsadüfi deyildir. Ölkəmizin yerləşdiyi coğrafi məkan, xarici investorları cəlb edəcək sərmayə iqlimi, yaradılmış müasir infrastrukturlar və dünya miqyasında tutduğu reytinq buna əlverişli zəmin yaratmışdır. Eyni zamanda Qarabağ müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizdə uzunmüddətli sülhə və sabitliyə inamı təmin etmişdir.
Ölkə başçısı tərəfindən Ələt Azad İqtisadi Zonasının yaradılmasına dair verdiyi qərardan keçən az bir müddət ərzində layihələndirmə və qiymətləndirmə ilə bağlı əhəmiyyətli işlər görülmüş, artıq praktiki işlərin başlanmasına start verilmişdir. Seçilmiş ərazi avtomobil, su və dəmir yollarının kəsişməsində yerləşdiyindən bu ərazinin geniş potensiallı ixrac imkanlarına malik olmaqla beynəlxalq nəqliyyat qovşağına çeviriləcəyinə heç bir şübhə yoxdur. Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ilə burada ilk növbədə xarici investisiyaların cəlb edilməsinə nail olunacaqdır. Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisindən daha çox yükdaşımaların əldə edilməsinənail olacaq. Yeni iqtisadi zona həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitlərin artmasına da səbəb olacaq. Bu həm də məşğulluğun inkişafına mühüm təsir göstərəcəkdir. Çünki yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaranması deməkdir.Burada əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimlərin yaradılması nəzərdə tutulur.
Ələt Azad İqtisadi Zonası digər sektorlarda aktivliyin artmasına münbit şərait yaradacaq, ölkədə qeyri-neft sektorunun daha da inkişafına, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələnməsinə, biznes mühitinin daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.
Vahid Mahmudov,