"Məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək" - DİN rəsmisi

“Bütün ticarət obyektlərinin qarşına polisin qoyulması nəzərdə tutulmur. Bu iş həmin sahibkara tapşırılacaq”.
Sozcu.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, monitorinq qrupları həmin yerlərdə monitorinqlər keçirəcəklər:

“Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin onyekt sahibinin üzərinə düşəcək”. Qarşıdan tədris ili gəldiyini deyən E.Hacıyev bildirib ki, tədrisin əyani formada davam etdirilməsi üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır:

“Heç bir məsələdə güzəştə getməməliyik. Dövlət qurumlarının işini ağırlaşdırmamaq üçün vətəndaşlar diqqətli olmalıdır”.


Oxşar Xəbərlər

Xəbər lenti