Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələsidir - Eltun Süleymanov

Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfəri iki türk dilli dövlət arasında münasibətlərin genişlənməsinə,iqtisadi-siyasi əməkdaşlığın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacağına əminlik yaradır.

Qeyd etməliyəm ki, Qırğızıstan Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Bakıya rəsmi səfəri baş tutmuşdu.Səfər çərçivəsində hər iki ölkənin qarşılıqlı münasibətlərini və gələcək  fəaliyyətini  strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəyə çıxararaq dövlət başçıları müvafiq Bəyannamə imzalamışdılar.


İki türk dilli  dövlət arasında münasibətlərin yüksək səviyyədə olması ötən ay özünü büruzə verdi.Belə ki,Qırğızıstan dövləti rəhbərliyinin ədalətli mövqeyi Ermənistan silahlı qüvvələrinin Sentyabr ayının 13-dən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelərini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutmasından sonra da göstərdi.Vəziyyəti gərginləşdirən Ermənistan hakimiyyətinin  susmaq əvəzinə,dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdiyinin və KTMT-yə üzv dövlətlərin iclasının çağrıldığının şahidi olduq.Bu zaman qürurverici hadisə yaşandı-Qazaxıstan, Qırğızıstan və Tacikistan Ermənistanın tələblərini rədd edərək Azərbaycan və Ermənistan sərhədində hərbi əməliyyatlara müdaxilə etmək qərarına veto qoydular.

Bu fikirləri Faktinfo.az saytının əməkdaşına Prezident İlham Əliyevin Qırğızıstana rəsmi səfərini şərh edən  Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


İctimai Şuranın sədr müavini onu da bildirib ki,Qırğızıstan, Azərbaycanın strateji müttəfiqi, türkdilli dövlətdir.Hər iki ölkəni tarixi,dini, mədəni bağlar birləşdirir və Prezident İlham Əliyevin Bişkekə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurunub,saxlanmasının  30 illiyi ərəfəsində baş tutur.Bu müsbət hadisədir.Bu münasibətlə İlham Əliyevin Qırğızıstana səfərini “АКИpress”, “Kabar” informasiya agentlikləri, QTRŞ-nin teleradioyayım korporasiyası, “Veçerniy Bişkek” qəzeti və digər media qurumları dünya mətbuatına daşıdılar.Birinci Dövlətlərarası Şuranın iclası və digər tədbirlər barədə materiallar sistemli şəkildə ölkə gündəmini zəbt etdi. Hətta,Qırğızıstan prezidenti Sadır Japarov  “Regional və dünya siyasətində artıq çoxdan və uğurla fəaliyyət göstərən Azərbaycan lideri ilə səmimi dostluq münasibətlərinin qurulması şübhəsiz, bizim dövlətimiz üçün olduqca əhəmiyyətli və mühümdür. Buna görə də qardaş dövlətin Prezidentinin birinci dövlət səfərinə belə böyük əhəmiyyət verilir”, - deyə fikir səsləndirdi.


O cümlədən,hər iki türk dilli  dövlət arasında imzalanan sənədlər, sazişlər, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyacağından, nəqliyyat-logistik imkanları artıracağından xəbər verir.Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin adlarının əbədiləşdirilməsi, Azərbaycan-Qırğızıstan dostluğunu tərənnüm edən parkın açılışı, Bakı ilə Bişkekin qardaşlaşması, xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır.


Bununla nəticələnən tədbirlər qardaş Türkiyə dövləti ilə paralel olaraq,Qırğızıstan və Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi işində  Prezident İlham Əliyev üçün önəm kəsb edir.“Şuşa Bəyannaməsinin” imzalanmasından sonra, Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla imzalanmış strateji müttəfiqlik müqavilələrinin hər biri xalqlarımızı birləşdirir,-deyə Eltun Süleymanov qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti