2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söylədi.
Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.Müasir Azərbaycanın dövlətçilik tarixinə şanlı salnamə kimi həkk olunmuş 44 günlük Vətən müharibəsinin ildönümləri, Anım və Zəfər günləri respublikamızın hər yerində böyük təntənə ilə qeyd edilmiş, Partiyanın Mərkəzi Aparatının təşkilatçılığı ilə elmi-praktik konfranslar və dəyirmi masalar təşkil edilmiş, yerli təşkilatlar tərəfindən 2500-dən artıq müxtəlif tədbir, həmçinin şəhid ailələri və müharibə veteranları ilə 6500-dən çox görüş keçirilmiş, onlar daim diqqət mərkəzində saxlanılaraq sosial problemlərinin həllinə köməklik göstərilmiş, şəhidlərin doğum və anım günləri ailələri və doğmaları ilə birlikdə qeyd olunmuş, Partiyanın fəalları şəhid məzarları, abidə və barelyeflərinin, həmçinin şəhidlərin şəkilləri əks olunmuş lövhələrin ətrafının abadlaşdırılmasında yaxından iştirak etmişlər.
Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında gedirdi. Yeni Azərbaycan Partiyasının üzvləri Prezidentimizin inandırıcı, qətiyyətli və səlis çıxışlarını, xarici ölkələrin çoxsaylı informasiya agentliklərinə verdiyi müsahibələri əsas götürərək respublika rəhbərliyinin mövqeyini kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə izah edir, Azərbaycanın düşmənlərinin insinuasiyalarını, yalan və uydurmalarını qətiyyətlə ifşa edirdilər.
Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir.Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın qurucusu Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, dövlət və xalq qarşısında misilsiz xidmətlərinin, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin, Partiyanın fəaliyyətinin təbliği, o cümlədən həyata keçirilən tədbirlərin və layihələrin geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür.
Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir.
Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatdaölkəmizin iqtisadi göstəricilərindəsosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük kibuislahatların çox böyük əhəmiyyəti var. Eyni zamandaictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da butəşəbbüslərin  islahatların böyük rolu vardır.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultaydaYAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşİdarə HeyətiTəftiş Komissiyası  Veteranlar Şurasının say tərkibimüəyyən edilmişİdarə Heyəti  Təftiş KomissiyasınınüzvləriVeteranlar Şurasının üzvlərisədri  sədr müaviniseçilmişdirQurultaydan sonra AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban xanımƏliyeva Partiya sədrinin birinci müavinihəmçinin digərmüavini  Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcəkmüavini təyin edilmişdirEyni zamanda Partiyanın MərkəziAparatının strukturununPartiya işçilərinin vəzifəmaaşlarının təsdiq edilməsi haqqında Partiya sədrininsərəncamları da imzalanmışdır.
Bu güneyni zamandaölkəmizin sosial-siyasiiqtisadiidarəetmə kimi digər mühüm sferalarında da tarixiislahatlar mərhələsini yaşayırıq. Bu islahatların fəlsəfəsiniməzmununu da vətəndaşın rifahının daha da yaxşılaşdırılması təşkil edirBirinci vitse-prezidentMehriban xanım Əliyevanın fəaliyyətisosial sahədə bütünproblemlərin mümkün həllinə xüsusi diqqətin göstərilməsiHeydər Əliyev Fondu vasitəsilə olduqca əhatəli sosiallayihələrin ardıcıl olaraq həyata keçirilməsiAzərbaycanhəqiqətlərinin dünyaya çatdırılması geniş vüsət almışdır xalqımız tərəfindən təqdir edilməkdədir.
İslahatların ən mühüm istiqamətlərindən birini ictimai-siyasi institutlaşma  siyasi sistemimizintəkmilləşdirilməsi təşkil edirHər bir ölkənin siyasi sistemiözünün struktur elementləri ilə tamdır  ictimai-siyasiproseslərin keyfiyyətini təyin edirAzərbaycanda da cəmiyyətin siyasi lokomotiv institutları şübhəsiz kisiyasipartiyalardırOnların fəaliyyətifəaliyyətsizliyiyaxudfəaliyyətinin ictimai faydalılıq əmsalı göstəriciləri siyasisistemin inkişafı üçün əsas şərt kimi çıxış edir. Bu, həm siyasi sistemimizin hesabatlılığı üçün olduqca vacibdirMüxtəlif dövrlərdə bu münasibətlər passivdinamikdəyişkən  bəzən  qarşıdurma vəziyyətində olubSiyasi partiyalar ölkədaxili milli çağırışlar kontekstindəcəmiyyətin gözləntiləri ilə ayaqlaşmağa çalışsalar da, bəzən bu fəallıqsadəcəseçkilərdə iştirakçılıqlaməhdudlaşıbYalnız Sizin təşəbbüsünüz  bu sahədə islahatları dərinləşdirmə siyasətinizdən sonra siyasisistemimizdə keyfiyyət yenikonstruktiv dialoq plüralist əməkdaşlıq mərhələsi başlamışdırBelə kiVətənmüharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevidəstəklədiyini bəyan etmişeyni zamandamüxtəlifregional  beynəlxalq təşkilatlara müraciətlər göndərmişbeləliklə Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəyimmunitetqabiliyyətli yetkin birsistem olduğunu göstərmişlərHazırda siyasi sistemimizəideologiyaların bütün rəng palitrasını əhatə edən yeni birsiyasi platforma təqdim etmisinizburada siyasətin bütünçalarlarının müstəqil fəaliyyəti  dialoqu üçün demokratikhüquqi  siyasi imkanlar mövcuddur. Bu siyasi çətiraltında özlərinə yer tapmayanlar isə milli siyasətə yoxbaşqa məqsədlərə xidmət edirlər.
Qulam Səfərzadə

RİHBA yanında Zığ QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti