Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

Mərakeşdə baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.
Sozcu.info “NBC News”a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində indiyədək azı 2012 nəfərin öldüyü təsdiqlənib, 2059 nəfər isə yaralanıb.
Mərakeş kralı VI Məhəmməd sağ qalanları axtarmaq və xilas etmək üçün vertolyotlar və dronlardan istifadə ilə bağlı ordunun axtarış-xilasetmə qruplarını səfərbər edib.
ABŞ Geoloji Xidməti zəlzələnin episentrinin Mərakeşdən təxminən 46 mil cənub-şərqdə, Yüksək Atlas dağ silsiləsində olduğunu bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}