Bu il də İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilməsi önəmli məsələdir

Tarixən Azərbaycan yerləşdiyi əraziyə görə iqtisadi əlaqələrdə iştirakı və dünya ticarəti yollarının üzərində olması dövlətlərin diqqətini çəkmişdir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən biri dövlətin iqtisadi dayaqlarını möhkəmləndirmək, yenilərini qurmaq, beynəlxalq iqtisadi əlaqələri yaratmaq və genişləndirmək idi. Bu istiqamətdə atılan addımlardan biri olaraq müstəqil Azərbaycanın ilk beynəlxalq qurumlardan biri kimi 1992 ci ilin 28 noyabrında daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı olmuşdur.
İqtisadi Əməkdaşlıq Təşkilatı 1985 ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır.
Daxil olduğu gündən Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə ciddi önəm vermişdir. Azərbaycan iki dəfə 2006-cı və 2012-ci illərdə Təşkilatın Zirvə Toplantılarına ev sahibliyi etmişdir. Bu il də Təşkilatın Nazirlər Şurasının 27-ci növbəti Zirvə Toplantısının Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində keçirilməsi və 2026-cı il üçünŞuşa şəhərinin İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi önəmli məsələdir.
Azərbaycanın tarixi torpaqlarını geri qaytarması, suverenliyini və konstitusiya quruluşunu tam təmin etdikdən sonra işğaldan azad olmuş torpaqlarda İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinə yenidənqurma layihələrinə və yenidənqurma işlərinə sərmayə yatırmağa çağırış etmişdir .
Azərbaycan xalqı sülhsevər xalqdır, qurub yaratmağı sevən xalqdır. Bunu işğaldan azad olunan torpaqlarda aparılan geniş quruculuq işləri, infrastruktur layihələrinin həyata keçirilməsi, yeni hava limanlarının tikilməsi sübut edir. Qısa bir zaman ərzində "Böyük Qayıdış" proqramı əsasında azad olunmuş torpaqlara köçkünlərin qayıdışının təşkili əsas prioritetlərdən biri olmuşdur. 
Azərbaycan dövləti üçün qarşıda duran vacib iqtisadi məsələlərdən biri də nəqliyyat xətlərinin genişlənməsi, region ölkələri arasında iqtisadi, texniki, mədəni əlaqələri daha da genişləndirməkdir. Azərbaycanın apardığı uğurlu xarici siyasətin nəticəsində tarixi əhəmiyyət daşıyan "Zəngəzur dəhlizi" termini bu məsələdə maraqları olan dövlətlərin iştirakı ilə qəbul olunmuş sənədlərdə öz əksini tapmışdır. Eyni zamanda əlamətdar bir hadisədir ki, Azərbaycanın fəal iştirakı nəticəsində "Zəngəzur dəhlizi" termini İqtisadi Əməkdaşlıq Təşkilatı regionunda qəbul olunmuş və regionun dövlətlərinin diqqətini bu nəqliyyat arteriyasına cəlb edə bilmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklif etdiyi "3+3" əməkdaşlıq formatına gələcəkdə digər İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin qoşula biləcəyinə imkan yaradır.
Elçin Həsənov 
Bakı şəhəri 317 №-li tam orta məktəbin Tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti