8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
2003-cü il 15 oktyabrda Azərbaycan xalqı yenə seçim qarşısında idi. Xalqımız növbəti Prezident seçkilərinə gedirdi. Müdrik Azərbaycan xalqı bu dəfə də 1993-cü ildə olduğu kimi yenəöz doğru səsini Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyevə verdi. Beləliklə, 15 oktyabr 2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, vətəndaş həmrəyliyinin bərqərar olmasında onun yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ölkə iqtisadiyyatında nəhəng layihələr həyata keçirildi. Azərbaycanın nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bakı Tiblisi Qars dəmir yolunun, Azərbaycan neftininbirbaşa dünya bazarına çıxaran nəhəng layihələrin icrasına nail olundu. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Cənab İlham Əliyev hakimiyyəti dövründə ölkəmizdə demokratik modernist cəmiyyət formalaşdıra bildi.İlham Əliyev beynəlxalq aləmdə xalqımıza qarşı antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri idarə olunan xaos planını məharətlə pozdu və qarşısını ustalıqla aldı.Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirənşuarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Ölkəmizdə ardıcıl olaraq həyata keçirilən istahatlar hərbi müdafiə qüdrətimizi gücləndirdi və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratdı. Azərbaycanda sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrində real əksini tapır. Prezidentin apardığı siyasət müasir Azərbaycanın güclənməsinə, milli mənəvi dəyərlərimizinən yüksək səviyyədəqurulmasına xidmət edir. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə malik gənclər formalaşır. O, gənclərə dövlətin işlərində yaxından iştirak etməyi, gələcək Azərbaycanımızın inkişafında onların dəstəyini görmək istəyir.2020-ci ilin 27 sentyabrda başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində zəfərlə sona çatdı. 44 dün ərzində düşmən ordusu məhv edildi, ərazi bütövlüyümüz bərpa olundu. Müharibənin başa çatmasından dərhal sonra prezident Qarabağa qayıdış planını reallaşdırmaga başladı. Qısa zamanda Şuşa, Füzuli, Zəngilan,Ağdam, Laçın kimi ərazilərimizdə quruculuq işləri görülməyə başlandı. Prezidentimizin gördüyü işlər o qədər çox və hərtərəflidir ki, onları deməklə sayıb qurtarmaq olmaz. Aşiq Mehdiyev Bakı şəhəri 232 nömrəli tam orta məktəbin Tarix müəllimi
Sozcu.info