8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabr ayının 20-də Zəngilan şəhəri günü qeyd edilir. Bu gün uzun illərin həsrətinin sona çatdığını, qədim və gözəl diyarın yenidən vətən torpaqarına qovuşduğunu xatırladan ən gözəl tarixdir. Zəngilanın ərazisi Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəd olan bu torpaq zəngin təbiət mənzərələri və əlverişli iqlimi ilə xarakterikdir. Bu şəhərin yerli sakinləri ərazinin Ermənistan tərəfindən təvavüzə uğradığı zamanlarda öz yurdlarının müdafiəsində dayanmış, son ana qədər mübarizədən çəkilməmişlər. 235 nəfər şəhid verən Zəngilanın sakinlərinin bir hissəsi böyük çətinliklərlə təhlükəsiz əraziyə keçə bilmişlər.
O dövrdə Ümummilli Lider Heydər Əliyev İran İslam Respublikasının rəhbərliyi ilə danışaraq Araz çayı suyunun bənddən bağlanılmasına nail olmuşdur. Arazın suyu azalmış, əhali İran İslam Respublikasının ərazisindən keçərək Azərbaycanın 43 rayonunda məskunlaşmışdır.2020-ci il Vətən müharibəsinin 24-cü günündə Zəngilan şəhəri işğaldan azad olunmuşdur. Artıq dağlar qoynunda yerləşən , öz gözəlliyi ilə hər kəsi məftun edən Zəngilanda həyat davam edir, bərpa və yenidənqurma işləri həyata keçirilir. I Ağalı kəndində “Ağalı kənd” layihəsi həyata keçirilib. 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Rayon ərazisində ilk hava limanı inşa edilib. Artıq Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib.
Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və qardaş Türkiyə Respublarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Davamlı təməlqoyma mərasimlərinin keçirilməsi Zəngilanın parlaq gələcəyindən xəbər verir. Azərbaycanın ərazisi bütövlüyü tam təmin edilib. Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib.
Ümummili Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını göstərmişdir. “Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir...”Bu çağırışa qoşulan Zəngilan əhalisi yanılmadığını dərindən dərk edir, ölkəmizin gələcəyi naminə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafinda sıx birləşir.
Firəngiz Heydərova
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Sozcu.info