Bu gün, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
1992-ci ildə Azərbaycan olduqca mürəkkəb situasiyalardan və çətin imtahanlardan keçirdi.Müstəqilliyimizi qazanmışdıq,lakin bu müstəqillik təhdid altında idi. Qarabağda vəziyyət kəskinləşmiş,ölkəmiz siyasi gərginlik, vətəndaş qarşıdurması,parçalanma təhlükəsi ilə üzləşmişdi.Bu vəziyyətdən ölkəni yalnız güclü bir lider xilas edə bilərdi.
Bu şəxsiyyət ulu öndər Heydər Əliyev idi .Nə üçün Heydər Əliyev?
Çünki Heydər Əliyev dövrün tanınmış şəxsiyyətlərindən idi.Uzun müddət Azərbaycanda və Rusiyada müxtəlif vəzifələrin öhtəsindən layiqincə gəlmiş vətəninə,xalqına olan sevgisi, sədaqəti ilə millətin etibarını qazanmışdır. Elə buna görədə 91 nəfər siyasi xadim Heydər Əliyevə müraciət edərək onu Bakıya dəvət etdilər. 1992-ci il noyabrın 21-dəkonfrans keçirildi.Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev sədr seçildi. YAP-ın yaranması Azərbaycanın siyasi tarixində dönüş nöqtəsi oldu. Partiyanın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmlətmək idi. Heydər Əliyevin idarəçiliyi dövründə Azərbaycan regionun güclü dövlətinə çevrildi.
Hər partiya xalqın partiyası ola bilməz. Yarandığı gündən xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkənin milli maraqlarına əsaslanıb, mahiyyət etibarilə azərbaycançılıq partiyasıdır.
Yeni Azərbaycan Partiyası bu gün də demokratik prinsiplərə və ideyalara sadiq qalır.Ölkə vətandaşlarının böyük əksəriyyəti partiya üzvüdür.
2021-ci ildə təsdiq olunan yeni proqramla “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” olmaq vəzifəsi qarşıya qoyuldu və 10 strateji istiqamət seçildi:
-Heydər Əliyev yolu
-Müstəqillik
-Azərbaycançılıq
-Dövlətçilik
-Qanunun aliliyi
-Varislik və təkamül
-Konstruktiv əməkdaşlıq və dialoq
-Sosial ədalət və insan amili
-Multikultural cəmiyyət
-Demokratik ənənələrin inkişafı
Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Ölkədə keçirilən seçkilərdə YAP-ın qələbələri bunun bariz nümunəsidir.YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfərlik idarə heyəti, 13 nəfər Təftiş Komissiyası, Veteranlar Şurasının 35 nefərlik tərkibi təsdiq edildi.
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qurulan Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün YAP-ın Sədri,ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Xatirə Piriyeva
Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info