8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəlal Qurbanov: “Cənab Prezidentin şəhid övladları ilə səmimiyyəti ürəyimizi isitdi”
“Fireland group” və “Restaurants by Emin Agalarov”un birgə təşkil etdiyi “Qürur dolu yeni il” bayram tədbiri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan respublikasının Müdafiə Nazirliyinin də dəstəyi ilə şəhid əmanətlərini yenidən bir araya toplayıb.
Sozcu.info xəbər veror ki, artıq 3-cü ildir ki, “Fire Land Group” komandası “Mənim atam qəhrəmandır” və “ Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 2800-ə yaxın şəhid əmanətini birlik çətirinin altında toplamaqdadır. Bu günə kimi Şuşa, Heydər Əliyev Mərkəzinin qarşısı, “Dreamland Golf Club”, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, İçərişəhər kimi önəmli məkanlarda 40-dan çox tədbir həyata keçirən komandanın kordinatorları da şəhid ailələrinin üzvləridir. Hər dəfə cəmiyyətin müxtəlif təbəqələrindən, ictimai şəxslərdən, sənət adamlarından və dövlət qurumlarından bu layihəyə olan dəstək bu səfər də gecikməyib.
“Fireland group”la bərabər bayramı şəhid əmanətlərilə qeyd etmək istəyən “Restaurants by Emin Agalarov” dekabrın 24-də Dəniz mall-da yerləşən “Dyadya Maks” restoranında şəhid övladlarına möhtəşəm Yeni il süfrəsi təşkil edib. “Restaurants by Emin Agalarov”a daxil olan digər restoran “Zafferano Baku”da isə şəhid xanımları qarşılanıb. Günə əyləncəylə başlayan şəhid övladları səhər saat 11:00-dan etibarən Sky parkda və atraksionda əyləniblər. Daha sonra “Dyadya Maks” restoranın əməkdaşları restoranın girişində onları alqışlarla qarşılayıblar. Nahar edən şəhid əmanətlərinə elə restoranın içində film seansı və müxtəlif oyunlar təşkil olunub. Günorta saatlarında tədbirin bədii hissəsini idarə edən tanınmış aparıcı İlkin Həsəni “Şaxta baba” ilə bərabər şəhid əmanətlərinə hədiyyələr təqdim edib. Daha bir hədiyyəni isə CinemaPlus əməkdaşları edərək, şəhid övladlarına kinoteatr biletləri təqdim ediblər. Hər zaman şəhid övladlarının yanında olan, sevilən və populyar ulduz Zamiq Hüseynov bu səfər də səhnəni onlarla bölüşüb. Sənətçi şəhid əmanətlərinin sevdiyi mahnıları səsləndirib.
Tədbirin Cənab Prezident İlham Əliyevin ad gününə təsadüf etməsi şəhid övladlarının diqqətindən qaçmayıb. Onlar Ali Baş Komandanın 62 yaşını ürəklərindən gələn səmimi sözlər və sevgi ilə təbrik ediblər. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Elmar Zeynalabdinov və Şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
“Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov tədbir haqda fikirlərini belə ifadə edib: “Bizi şəhidlərimizə və onların əmanətlərinə borcluluq hissinə kökləyən vətəndaş mövqeyimizlə yanaşı, həm də Cənab Prezident İlham Əliyevin bu mövzuya həssaslığıdır. Yəqin ki, hər kəs onun şəhid ailələri ilə, şəhid övladları ilə ünsiyyətindəki doğmalığa şahiddir. Xüsusilə Xankəndində keçirilən Azərbaycan kubokunun 8/1 final mərhələsindəki görüntülər hər kəsin ürəyincə oldu. Cənab Prezidentin şəhid övladları ilə səmimiyyəti ürəyimizi isitdi. Prezident bu addımı ilə şəhid ailələri mövzusunda öz mövqeyinin, qayğıkeş yanaşmanın nə dərəcədə ürəkdən, içdən gəldiyini ortaya qoydu. Təbii ki, məhz Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına sadiq olan dövlət qurumları bu məsələdə şəhid ailələrinə diqqətini əsirgəmir. Öz layihələrimizdə biz bu münasibəti dəfələrlə hiss etmişik. Bir daha “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələrinə dəstək verən Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə layihələrimizin iştirakçıları olmuş bütün şəhid əmanətlərinin adından təşəkkür edirəm. Məhz bu gün – “Qürur dolu Yeni il” bayramının belə möhtəşəm təşkilində bizimlə bərabər bütün resurslarını istifadə edən “Restaurants by Emin Agalarov”a, xüsusilə mədəniyyətimizin də gözəl təmsilçisi olan xalq artisti Emin Ağalarova dərin minnətdarlığımı bildirirəm. Əqidəmizə doğma olduqlarını, şəhid əmanətlərinə həssaslıqlarını bir daha nümayiş etdirdilər”.