23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Rusiyanın Orenburq şəhərində mənzildə baş verən güclü yanğında xəsarət almış daha bir azərbaycanlı - 1968-ci il təvəllüdlü Sevinc Şiraslan qızı Quliyeva ölüb.
Bu barədə "Report"a Orenburq Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin rəhbəri Yaşar Məsimov məlumat verib.
Onun sözlərinə görə, S.Quliyeva bu səhər dünyasını dəyişib.
Bununla da yanğında ölənlərin sayı 6 nəfərə çatıb. Daha 4 nəfər isə xəstəxanadadır. Onların hamısının vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, fevralın 12-də Orenburqun Salmışskoy küçəsində yerləşən evdə yanğın baş verib, nəticədə azərbaycanlılardan ibarət ailənin, demək olar ki, bütün üzvləri ölüb.