Mübariz


Milli Qəhrəman Mübariz İbrahimova

İldirım tək çaxıb düşmən başında,

Tarixin silinməz varaqlarında,

Zəfər nişanı var onun adında

Əbədi iz qoydu bizim Mübariz!

 

Günlər, aylar, illər zamanı qovdu,

Anası həsrətdən saçını yoldu,

Onun döyüş yolu ərlər yoludu, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Əsrlər keçsə də o unudulmaz

Şəhid bağçasının gülləri solmaz, 

Bu vətən qaladır, daha alınmaz, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Əsgər qüdrətinə xalq oldu heyran,

Düşmən təslim oldu – dəyişdi dövran, 

Şükür, sona vardı bu işğal, bu qan, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Müqəddəs ocağı ziyarətgahdı,

Gənclərə örnəkdi, həm də pənahdı, 

Qaranlıq çəkildi daha sabahdı, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Heykəli ucalıb doğma elində. 

Şair şeir qoşur qələm əlində,

Rəssam naxışı var məğrur rəsmində, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Yurdunda adını daşıyır məktəb, 

Yazılıb qəhrəman şəninə kitab, 

Bəstəkar nəğməsi ruhuna xitab, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Savşa atılıdı saf bir niyyətlə

Xalqım vüqarlandı  bu şücaətlə,

Torpaq qürurlandı bu sədaqətlə, 

Əbədi iz qoydu bizim Mübariz! 

 

Əzbərdən söyləyniigidlikləri,

Vətənim ucaldır bu şəhidləri, 

Allah dərğahıdır onların yeri

Əbədi iz qoydu bizim Mübariz! 

 

Sevinc Ağa Xəlilqızı



Oxşar Xəbərlər

Xəbər lenti