8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün bütün xalqımız bu hadisənin təsiri altındadır.Bildiyiniz kimi, fevralın 7-də keçirilmiş prezident seçkilərindəİlham Əliyev 92,12 faiz səslə qalib gəldi.Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Andiçmə mərasimindən sonra Prezident dərin məzmunlu, proqram xarakterli nitq söylədi. Bu tarixi çıxışda cənab İlham Əliyev Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda apardığı gərgin mübarizəyə yekun vurdu.Cənab İlham Əliyev ilk dəfə prezident seçilərkən xalqına verdiyi sözə qürurla əməl etdi. İki il yarım ərzində düşmən üzərində tarixi qələbə qazandı. Azərbaycan xalqı isə bu fəaliyyəti qiymətləndirərək onu yenidən prezident seçdi. Prezidentimizin möhtəşəm qələbəsinin dəyərini anlamaq üçün yalnız onu demək kifayətdir ki, bir çox hallarda hakimiyyətə gələn şəxs verdiyi sözü yerinə yetirə bilmir. İlham Əliyev isə özlərini sülhün carçıları adlandıran böyük dövlətlərin başçılarının maneələrinə baxmayaraq haqq işində qalib gəldi.Prezidentin çıxışında vurğulandığı kimi 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bəndlərinə Ermənistan nəinki əməl etmədi, hətta ərazimizdə azğınlıq edən terrorçu qruplaşmaları sürətlə silahlandırmağa davam etdi, razılaşmanı pozdu.Fevralın 7-də səs vermək üçün cənab İlham Əliyev Xankəndinə yollandı. Təbii ki, bu təsadüfi deyildi. Qanlı münaqişə, ölkəmizə qarşı ərazi iddiaları 80-ci illərin sonunda məhz bu şəhərdə başlamışdı. Səsvermə yeri də əvvəllər Qarabağ Komitəsinin yerləşdiyi binada təşkil edilmişdi. Komitə Azərbaycanımızın bu dilbər guşəsini Ermənistana birləşdirməyi özünün başlıca vəzifəsi olaraq qarşıya qoymuşdu. Separatçılar 30 ildən artıq Qarabağda azğınlıq etmiş, xalqımıza olmazın məhrumiyyətlər yaşatmışdılar.Səsvermə zamanı Prezidentin dediyi: “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə olaraq bülleten deyildi, Bu, erməni separatçılarının tabutuna vurulan sonuncu mismar idi” sözləri düşmənlərimizə verilən ən layiqli cavabdır!Andiçmə mərasimindəki çıxışında prezident bir daha bildirdi ki, Azərbaycan Respublikasının Ermənistana heç bir ərazi iddiası yoxdur. Ermənistan da ölkəmizə qarşı belə iddialardan əl çəkməlidir! Bununla belə, ölkəmiz hər zaman ordu quruculuğunu diqqətdə saxlayacaq, torpaqlarımıza əl uzadanların cavabını layiqincə verəcəkdir. Düşmənlərimiz bunu heç zaman unutmasınlar.Prezidentin çıxışının ən mühüm bəndlərindən biri də azərbaycançılıq ideologiyası ilə bağlıdır. Bildiyimiz kimi bu ideologiyanın əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. İlham Əliyev həmin işi şərəflə davam etdirir. Azərbaycanda yaşayan bütün xalqlar mehriban, vahid bir ailədirlər. Bu birliyi heç kəs poza bilməz. II Qarabağ müharibəsində də onlar çiyin-çiyinə erməni işğalçılarına qarşı döyüşdülər, bir-birinə sipər oldular. Bu birlik və həmrəylik böyük və şanlı qələbəmizin ən parlaq səhifələrindəndir. Azərbaycan Respublikası Prezidenti öz çıxışında beynəlxalq münasibətlərə də toxundu. Çıxışın əsas ideyasına görə əgər yaxın dövrə qədər dövlətimizin xarici siyasətinin ana xəttini Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi təşkil edirdisə, bundan sonra xarici siyasətin diğər istiqamətləri də üstünlük təşkil edəcəkdir. Əslində bu o deməkdir ki, Azərbaycan dövlətçiliyinin inkişafı və daha da güclənməsi onun regionda təsirinin artması demək olacaqdır.Beynəlxalq təşkilatlar arasında türk dövlətləri təşkilatları ilə əməkdaşlıq əlaqələri üstünlük təşkil edəcəkdir. Prezident demişdir: “Bizim ailəmiz – türk dünyasıdır”. Biz fəxr edirik ki, türk dünyası təşkilatının güclənməsində və dünyada təsirinin artmasında əsrin sərkərdəsi, Ali Baş Komandan, dahi rəhbər, dünyanın ən güclü diplomatlarından biri olan cənab İlham Əliyev müstəsna rol oynayır.Azərbaycan dövlətinin və xalqının lideri öz çıxışında dünyanı narahat edən qlobal problemlərə də toxundu. Təkcə onu demək kifayətdir ki, Azərbaycan COP29 konfransında nəinki iştirak edəcək, həmçinin ona sədrlik edəcəkdir. Bu fakt Azərbaycan dövlətinin və onun liderinin dünyada nə qədər böyük nüfuza malik olduğunu göstərir. İlham Əliyev bildirdi ki, bizim əleyhimizə yönələn hər bir addıma adekvat cavab verəcəyik, əminəm ki, həmin planlarıhazırlayanlar peşiman olacaqlar. Prezident belələrinə qarşı çox sərrast cavab verdi: “Bu məsələdə (Qarabağ məsələsində) bizə heç bir vasitəçi lazım deyil... Gedin işinizlə məşğul olun. Mən bu mövzuya çox vaxt ayırmaq istəmirəm. Ona dəyməz”. Prezident hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması beynəlxalq gündəlikdən çıxarılmalıdır. “Biz bu problemi həll etmişik” deyir dövlətimizin lideri. “Bu gün biz Ağdamda, Fizuli, Laçın, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa, Hadrut, Xocalı, Ağdərə, Əskəran və Xankəndidəyik! Bu gün tarix yazırıq! Öz tariximizi! Bu şərəfli tarixiyaradan dahi sərkərdəmiz, rəhbərimiz, Qarabağın xilaskarı – prezident İlham Əliyevdir! Ona dəyər verən Azərbaycan xalqı sübut etdi ki, düzgün seçim edib! Xoşbəxtik, təhlükəsizliyimizə əminik, taleyimiz etibarlı əllərdədir çünki! Mümkünsüzü mümkün edən prezidentimizlə qürur duyuruq! Südabə AbdullayevaBakı şəhəri 279 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info