8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri təkcə xalqımızın deyil, eləcə də dünya tarixində çox az görünən möhtəşəm xalq və lider birliyinin təntənəli qələbəsi, azad, demokratik və hür iradənin zəfər simvolu idi. Həmin gün Azərbaycan xalqı özünün müdrik və qədirbilən xalq olduğunu bildirmək - əvəzolunmaz liderinin yanında olduğunu göstərmək üçün böyük növbələrə dayanaraq seçkilərdə aktiv iştirak etdi.Qalib xalq öz qalib Liderinə sədaqətini, vəfa borcunu ödəməyə can atırdı sanki. Yaşlısı-cavanı, sağlamı- xəstəsi hər kəs öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək üçün növbəyə dayanmışdı. Bu qürurlu mənzərə Azərbaycan xalqının qəlbini sevinc, fərəh hissi ilə doldurur, dünyanı isə heyran edirdi. Bəşər tarixi çox az hallarda belə xalq və rəhbər birliyini şahidi olmuşdur. Bu qələbə dost xalqları da ən az bizim qədər sevindirmiş, düşmənləri isə lal etmişdir. Dünyanın müxtəlif mötəbər beynəlxalq təşkilatlarından seçkiləri izləyən nümayəndələr öz müşahidələrinin nəticələrini heyranlıqla elan edirdilər. Azərbaycan xalqı böyük əksəriyyətlə Qalib Liderinə səs vermişdir.Bu günün ən şərəfli məqamlarından biri isə ilk dəfə seçkilərin bütün Azərbaycan ərazisində keçirilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etmişdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi bərpa edilmişdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.Prezident – Qalib lider andiçmə mərasimində bu qüruru belə dilə gətirmişdir: “Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.Prezident İlham Əliyev mənfur qonşularımızın əməllərindəndanışarkən qeyd etmişdir ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər müharibə olmaya bilərdi. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Əfsuslar olsun ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik.Qarşıda duran vəzifələrdən danışan Prezident bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var deyə qeyd etdi. Bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq.Yeni dövr başlayır deyən Qalib Lider:” Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”, - dedi,- bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi”.Ordumuzun gücləndirilməsinin vacibliyini vurğulayan cənab Prezident Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı – “lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır” - dedi. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.Xalqımızın sahibi olduğu ən böyük sərvəti- mənəvi əxlaqi dəyərləri yüksək qiymətləndirən Prezident bu dəyərləri qoruyub yaşatmağın vacibliyini vurğulamışdır: “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”.Qarşıda duran bir çox sahələrdə görüləcək işlərdən danışan Prezident bizi çox böyük məsuliyyətli və şərəfli bir dönəm gözlədiyini və bu dönəmin məhz xalq və Lider birliyi ilə uğurla keçiləcəyinə inamını dilə gətirdi və ölkə başçısı kimi Azərbaycan xalqına və Dövlətinə ləyaqətlə xidmət edəcəyinə Azərbaycan Respublikasının Konstitusiyasına və müqəddəs “Qurani- Şərif” ə əl basaraq and içdi.Xəyalə VeyisovaSuraxanı rayonu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının direktoru
Sozcu.info