8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əsrlər boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələri mövcud olmuşdur. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, mürəkkəb dövrlərdə bir-birinə arxa-dayaq olmuş, kömək göstərmişdir. Azərbaycan ilə Türkiyənin dostluq əlaqələrinin olmasına bütün dünya şahiddir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.İftixar hissi ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.Yenidən Azərbaycan Respublikasının Prezident
iseçildikdən sonra cənab İlham Əliyevin ilk rəsmi səfəri qardaş Türkiyəyə olmuşdur. Bu səfərdə bir çox məsələlər müzakirə edilmiş, bir sıra önəmli qərarlar qəbul edilmişdir. Həmçinin, müxtəlif istiqamətlərdə əməkdaşlıqlardan söz açılmışdır. Bu istiqamətlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməli olduğudur. Azərbaycan və Türkiyə arasında iqtisadi iş birliklərindən əlavə hərbi istiqamətlərdə də iş birliyi yaradılmaqdadır. Azərbaycan və Türkiyə ordularının bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.İkinci Qarabağ müharibəsində və həmçinin, seperatçılara qarşı aparılan antiterror əməliyyatları bir daha sübut edir ki, Türkiyə ordu modeli Azərbaycanda tam oturuşub. Bundan əlavə, Azərbaycan və Türkiyə arasında təhsil ilə bağlı gələcəyə atılmış önəmli addımlardan biri də Türkiyə-Azərbaycan universitetinin yaradılmasıdır. Bu həm bizim gənclərə, həm də qardaş ölkənin gənclərinə imkan yaradacaq ki, biz öz milli- mənəvi dəyərlərimizlə qoruyaq, onlara sadiq qalaq və yad təsirlərə məruz qalmayaq. Həqiqətən də, biz görürük ki, artıq Azərbaycan-Türkiyə əlaqələri heç bir xarici təsirlərə məruz qalmır, əksinə davamlı olaraq inkişaf edir. Əslində tarix boyu nəzər salsaq, daima türk qardaşlarının arasına girmiş, müdaxilə etmiş dövlətlər mövcud olmuşdur, lakin artıq bu mənəvi bağı heç kim qopara bilməz və heç kim ona təsir edə bilməz. Azərbaycan və Türkiyə arasında gedən əməkdaşlığın Ümummilli liderimiz Heydər Əliyevin də vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük.Aysel Seyidova 76 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi
Sozcu.info