8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın qeyri-sistem müxalifətinin alovlu liderlərindən biri, keçmiş deputat, Milli Şura adlanan birləşmənin koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli hazırda mövcud hakimiyyətin ən qatı tənqidçilərindən biridir. Amma belə görünür ki, madam Hacıbəyli malik olduğu daşınmaz əmlaka görə orta ölçülü oliqarxlarla müqayisə oluna bilər.
Virtualaz.og xəbər verir ki, Avropa.info saytı Gültəkin Hacıbəylinin vaxtilə qanuni olmayan yollarla əldə etdiyi mal-mülkün siyahısını yayıb. Xanım Hacıbəylinin mal-mülkü barədə müzakirələr əslində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olan Niyaməddin Orduxanlının sosial şəbəkələrdə yazdığı statusdan sonra başlayıb. Orduxanlı bildirib ki, vaxtilə o, Mehdiabad qəsəbəsində bələdiyyə sədrinin müavini işləyəndə Hacıbəylinin qəsəbənin əlillər üçün nəzərdə tutulmuş massivindən 12 sot torpaq sahəsini qanunsuz yolla ələ keçirdiyinə şahidlik edib.
Bu həmin vaxtlar baş verirdi ki, xanım Hacıbəyli indikindən tamam fərqli statusda və siyasi mövqedə idi. Milli Məclisdə təmsil olunurdu, hakimiyyətin ən alovlu müdafiəçilərindən idi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində yer alırdı. Telekanallar tez-tez onun müxtəlif siyasi mövzularda şərhlərini, çıxışlarını, o cümlədən Əli Kərimli və digər müxalifətçilərə qarşı bəyanatlarını yayırdı.
Orduxanlı onu da bildirir ki, deputat Hacıbəyli əlil olmadığı halda 12 sot torpaq sahəsini ələ keçirməklə kifayətlənməyib, həmin torpaq sahəsinin qonşuluğunda ev tikmiş 1-ci qrup əlil Vüqar Süleymanovun da torpağının bir hissəsini ələ keçirib.
Sayt yazır ki, bu torpaq sahəsi Hacıbəylinin deputat olduğu 5 il ərzində əldə etdiyi çoxsaylı mal-mülkün ancaq biridir. Və G.Hacıbəyli həmin dövrdə aşağıdakı siyahıda yer alan çoxsaylı daşınmaz əmlakın da sahibi olub:
– Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa;
-Abşeron rayonu , Xırdalan şəhərində 60 sot torpaq sahəsi;
-Goradil kəndində 30 sot torpaq sahəsi;
-Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi;
-Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;
-Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi;
-Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;
-Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil;
– Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;
– Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;
-Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;
-Bakı şəhəri , Nəsimi rayonu , Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil;
Hələ bu da hamısı deyil. Bildirilir ki, madam Hacıbəyli deputat kimi təmsil etdiyi Goranboy rayonunda hektarlarla torpaq sahəsini də ələ keçirib. Bu torpaq sahələrinin siyahısı belədir:
-Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar;
-Goranboy rayonu, Borsunlu kəndində 6,25 hektar;
-Goranboy rayonu, Aşağı Ağcakənd kəndində 1,76 və 3,24 hektar olmaqla 2 torpaq sahəsi;
– Goranboy şəhəri 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 ayrı torpaq sahəsi.
Həmin torpaq sahələri sonradan Goranboy sakinlərinin şikayətləri əsasında ondan geri alınıb.