Azərbaycan öz ərazi bütovlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırımı isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Xocalı müsibəti kimi!
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndindəyerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəətli cinayəəməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəətli və faciəli səhifələrdən biri kimi daxil olubÜmummilli Liderimiz Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirmişdi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. 
2020-ci il Vətən müharibəsində Azərbaycan ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədəmisilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali baş Komandannın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisası dı aldı, şahidlərimizin qanı yerdəqalmadı. Azərbaycan öz ərazi bütovlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. 
Xocalı 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb. 
Cənab Prezident İlham Əliyev fevralın 26-sı Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı şəhərinə səfər etdi vəXocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoydu.
Xocalı rayonunun ictimaiyyətilə görüşən ölkə başçımız artıq Xocalı qurbanlarının qisasının alındığı, ədaləti Azərbaycan dövlətinin özünün  bərpa etdiyi, lakin hələ dəböyük dövlətlərin bu soyqırıma biganə münasibət göstərməsi barədə fikirlər söylədi və Ermənistan və onun havadarlarına da mesaj ünvanladı. 
Cənab İlham Əliyev   xocalılarla dərdləşərək onların problemləri ilə maraqlandı. Xocalıda gedən bərpalıq işlərindən danışıldı. Xocalıların rahat yaşayışı üçün hər bir şəraitin yaradılacağını söylədi.
Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın böyük xidmətləri olmuşdur. Leyla Əliyevanın təşəbbüsü vərəhbərliyi ilə yaradılmış "Xocalıya ədalət" kampaniyası Xocalı soyqırımının tanıdılması üçün dünya dövlətlərindəböyük aksiyalar keçirtdi. Dünya ictimaiyyəti Xocalıda baş verənlərlə geniş məlumatlandırıldı. Bundan sonra bir sıra dövlətlər Xocalı soyqırımının rəsmən soyqırım aktı olması barədə bəyanat qəbul etdi.
Elnarə İlyina 
Bakı şəhəri 87 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti