8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi prezidentliyə namizədlərlə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Novator.az-ın məlumatına görə, sorğuya qatılanların 69,5%-i müstəqil namizəd, indiki prezident Vladimir Putinə səs vermək niyyətində olduğunu bəyan edib.
İkinci yerdə 7,5%-lə Kommunist Partiyasının namizədi Pavel Qrudinin gəlir.
Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovskiyə respondentlərin 5,3%-i dəstək verir.
Digər namizədlər belə sıralanır:
Qriqori Yavlinski, "Yabloko” Partiyası – 1,4%
Kseniya Sobçak, Vətəndaş Platforması Partiyası – 0,9%
Sergey Baburin, Rusiya Ümumxalq İttifaqı Partiyası – 0,4%
Boris Titov, Yüksəliş Partiyası – 0,3%
Maksim Suraykin, Rusiya Kommunistləri Partiyası – 0,1%.
Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək.
Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.
İndiki prezident Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin olunub, 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.