Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin uçacağı təyyarəyə Almaniyanın Münhen şəhərində yanacaq verməyiblər.
"Report” xəbər verir ki, hadisə fevralın 16-18-də onun Münhen Təhlükəsizlik Konfransından İrana qayıtması zamanı qeydə alınıb.
Münhen hava limanındakı yanacaqdoldurma məntəqəsi ABŞ-ın sanksiyası ilə üzləşəcəklərindən ehtiyat etdiklərindən iranlı naziri aparacaq aerobusu yanacaqla təmin etmək istəməyiblər. Sonradan məsələ aydınlaşıb. Almaniya ilə İran arasında yaranacaq siyasi qalmaqalın qarşısı alınıb.