8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Badamdar qəsəbəsindəki mənzillərə qənim kəsilən mütəşəkkil dəstə üzvlərinin məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə silsilə oğurluqlar törətməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə – 30 yaşlı Orxan Quliyev, 26 yaşlı Nicat Əliyev, 32 yaşlı Təhməz Əsgərov, 26 yaşlı Rişan Bayramov, 25 yaşlı Camal Heydərov və 24 yaşlı Cavid İsazədəyə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Quliyev 5 il, Nicat Əliyev, Təhməz Əsgərov, Rişan Bayramov, Camal Heydərov 4 il, Cavid İsazədə isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı müəyyən edilib ki, oğru dəstəsinin əsas hədəfi Badamdar qəsəbəsindəki mənzillər olub. Onlar 2016-cı ilin sonlarından etibarən müxtəlif vaxtlarda qəsəbədəki 10 mənzil və bir mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar.
Dəstə üzvlərindən biri - N.Əliyev Fövqəladə Hallar Nazirliyinin baş leytenant rütbəli əməkdaşı olub. Qarət olunan mənzillərin əksəriyyəti isə O.Quliyevin qonşularına məxsus olub. Təqsirləndirilən şəxslər 2016-cı ilin noyabr ayında dəstə üzvü O.Quliyevin qonşusu Vüqar Əliyevə məxsus mənzilin qıfılını sındırıblar, Bijuteriya və 20 manat xırda pullar oğurlayaraq zərərçəkmiş şəxsə 425 manat ziyan vurublar. Eyni üsulla onlar qonşuluqda yaşayan Mehbalı Quliyevin də evindən oğurluq ediblər. Dəstə üzvləri həmçinin Badamdarda yaşayan Ayna Sadıqovanın evindən 21 min manatlıq, Azad Əliyevin mənzilindən isə 12 min manatdan çox qızıl-zinət əşyaları oğurlayıblar. Qəsəbə sakini Mərahim Əkbərovun mənzilinə soxulan şəxslər ona 18 min 520 manat ziyan vurublar.
Oğurluq yolu ilə əldə edilən qızıl-zinət əşyaları "Moskva” univermağında satılıb, əldə olunan gəlir dəstə üzvləri arasında bölünüb.
İnarə Rafiqqızı
Virtualaz.org