İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə “vahid gürcü dövlətində yaşamağa” çağırış edib


Gürcüstanın baş naziri İrakli Kobaxidze Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edərək “vahid gürcü dövlətində yaşamağa” çağırış edib və ölkənin ərazi bütövlüyünün bərpasının yolunu “qarşılıqlı bağışlama”da gördüyünü bildirib.

O, bunu BMT Baş Assambleyasının 79-cu sessiyasının tribunasından çıxışı zamanı deyib.

“İşğal xəttinin o biri tərəfindəki, Abxaziya və Sxinvali bölgəsindəki xalqımıza müraciət etmək istərdim. Bir gün biz uşaqlarımızla birgə xoşbəxt, vahid və inkişaf etmiş Gürcüstanda yaşaya bilərik. Biz ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik”, deyə  Kobaxidze bildirib.

Ülviyyə, Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti