2008-ci il – hər şeyi silməyən avqust müharibəsi, heç vaxt unudulmayan tarixlər

2008-ci il – hər şeyi silməyən avqust müharibəsi,  heç vaxt unudulmayan tarixlər

 


İndiyədək naməlum qalmış və ya yaxşıca unudulmuş köhnə tarixi olaylar barədə "Proqresnyus”un əməkdaşı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri ilə söhbət aparır

Fikrimcə, 2008-ci ilə qədər olan, durumun qızışmasına imkan yaradan dövrü gözdən keçirək...

– Ötən əsrin 90-cı illərindən, qarşıdurmalardan və vətəndaş müharibəsindən sonra Gürcüstan elə ya belə, dinc relslərə axır ki, düşdü.Sxinvali bölgəsi ilə qalan Gürcüstan arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi isə, Erqneti bazarından başladı. Əhali ticarət əlaqələri ilə bir-birilə əlaqə yaratdı, gediş-gəliş bərpa olundu.

– Amma unutmayaq ki, burada əsasən qaçaqmalçılıq dövr edirdi.

– Hə, qaçaqmalçılıq da var idi. Ümumiyyətlə isə, hər şey nisbidir. İlk addım həmişə xaosla başlayır və yalnız müəyyən vaxtdan sonra, siyasi məram təqdirində, qanunun çərçivələrinə düşür. Qaçaqmalçılığın nəzarətəgötürülməsi üçün bazarın ləğv edilməsi lazım deyildi. Erqneti bazarının mövcudluğu biznesə də imkanlar yaratdı. Gürcü bisnesmenlər Sxinvali bölgəsində öz bizneslərini genişləndirməyə başladılar. Bu, müxtəlif millətlərdən olan insanlar arasında əlaqələrin sahmana salınmasına imkan yaratdı.

Saakaşvili hakimiyyətə gələn kimi birinci gördüyü iş bazarların ləğvi oldu. Yalnız Erqneti deyil, Sadaxlı, Qırmızı körpü bazarlarını da bağladı.Bu da həm ölkənin iqtisadiyyatına, həm də əhali arasında qurulan əlaqələrə mənfi təsir göstərdi. Bazarların bağlanmasının mənfi təsiri barəsində Saakaşvilinin hakimiyyətdə olduğudövrdə də istər əcnəbi, istərsə də gürcü ekspertlər danışırdılar. Sonra da buna üzdəniraq alternativ hökumət və Sanakoyevin gürcü siyasətində görünməsi əlavə olundu. "Kokoiti fandarast” "mahnısı” siyasi marazm idi. Bütün bunlar gərginliyi artırdı və millətlər arasında təcavüzkar münasibətlər gözə dəyməyə başladı. Sanakoyev "fenomeni”ni xüsusilə qeyd etmək lazımdır. Separatçı hökumətin müdafiə naziri olan və 90-cı illərdə baş verən hadisələrdə Gürcüstana qarşı silahla vuruşan insanı Saakaşvili gürcü siyasətinə işğalçı ölkədən gətirdi ki, bunu da Rusiya fərəhlə qarşıladı.

– Gürcü və rus mətbuatı Sanakoyev barədə fərəhlə yazırdı...

Doğrudur. Millətlərarası əlaqələrin güzəştə gedilməsi siyasətdə çox mühüm amildir və Saakaşvili hakimiyyəti tərəfindən həyata keçirilən, onun vasitəsi ilə də Rusiyanın dəyirmanına su tökdüyü təcavüzkar siyasət olmasa idi, əminəm ki, avqust müharibəsi olmayacaqdı. Faktdır ki, Rusiya pusquda idi və hadisələrin gedişini gözləyirdi.Lazımivaxtın lazımi anı yetişdi və nəyə nail olduq? Statistikanı gözdən keçirək. Rəsmi məlumata görə, avqust müharibəsindəGürcüstan Müdafiə nazirliyinin 170 nəfər hərbi ximətçisi, Daxili İşlər nazirliyinin 14 nəfər əməkdaşı və 224 nəfər mülki şəxs həlak oldu. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, yaralanan və xəsarət alan mülki və hərbi şəxslərin sayı cəmi 2232 nəfər təşkil edir. Onlardan 1045 nəfəri hərbi xidmətçi idi. Mülki şəxslərə gəldikdə isə, avqust müharibəsində aldığı yaralar nəticəsində "məhdud imkana malik” statusu iki nəfərə verildi ki, onlara da dövlət təzminatı veriləcək. IDFI-nin verdiyi məlumata görə, avqust müharibəsindən sonra Gürcüstanda qaçqınların sayı 263598 nəfərə qədər artdı, bunun da 26 mindən artığına müharibə zərər yetirdi və evsiz-eşiksiz qoydu. Ən başlıcası, Gürcüstanın hakimiyyət orqanları və gürcü əhalisinin əsas hissəsi keçmiş Osetiya Muxtar Vilayətinin yaşayış məntəqələrindən qovuldu və vilayətin ərazisi (o cümlədən Axalqori rayonu və Mamisoni aşırımı) tamamilə işğal qüvvələrin və osetin separatçılarının nəzarəti altına düşdü. Gürcü tərəfi Sxinvali bölgəsindəəhalisinin əksəriyyətinin qarışıq, gürcü-osetin olduğu 135yaşayış məntəqəsinə nəzarəti itirdi. Qeyd etmək lazımdır ki, yalnız gürcülərin məskunlaşdığı kəndlər demək olar ki, tamamilə məhv edildi. Qarışıq kəndlərdən isə gürcüləri qovub çılxartdılar. Bəli, bu müharibə Gürcüstan üçün çox böyük bədbəxtlik idi. Çoxlu gənc həlak oldu, 136 kənd əldən getdi..Məgər bu Gürcüstanıngerçəkliyi üçün azdır?

– Bu əraziləri o dövrkü prezident daşlar yığını adlandırırdı. Bir az öncə isə onu da duyduq ki, "müharibə Gürcüstana nəfəsini dərdirdi”.

– Mən, bir Gürcüstan vətəndaşı olaraq, bu müharibənin iştirakçısıyam. Bütün prosesləri öz gözlərimlə görmüşəm. Avqustun 9-da Qoridə idim. Necə bir durumun olduğunu canlı olaraq görürdüm.İnsanlar təşviş içində idilər, ordu komandirsiz qalmışdı, əksəriyyəti avqustun 7-də, 8-də həyatlarında ilk dəfə olaraq əllərinə silah götürən rezervistlər isə özləri təşviş içində qaçırdılar. Bax elə bu yiyəsizliyə görə çoxlu insan həlak oldu. Məhz buna görə çoxlu əsir düşdü ki, onların da böyük hissəsini işgəncə ilə qətlə yetirdilər. Bütün bunlar Saakaşvilinin və onun komanda üzvlərinin xidmətidir.

– Müharibənin gedişində və sonrakı dövrdə də bir neçə kənddə oldum, o cümlədən azərbaycanlıların məskunlaşdığı kəndlərdə. İnsanlar hakimiyyətin onları qoyub getdiyini açıqca danışırlar.

– Karelidə, Qori rayonunun bir neçə kəndində, o cümlədən Tedotsmindada, Levitanda azərbaycanlılar yaşayırlar. Bizə məlumat gəldi ki, gürcülərin, osetinlərin və azərbaycanlıların birgə yaşadığıTedotsmindada vəziyyət həddindən artıq ağırdır. Camaatın dava-dərmanı yox idi, ərzaq yox idi.İnsanlar faktiki olaraq ac idilər. Mən "SOKAR”ın rəhbəri Mahir Məmmədova bu kəndə yardım etməsi üçün müraciət etdim. O, heç fikirləşmədən mənə dedi ki, təkcə azərbaycanlılar üçün deyil, eləcə də bu kənddə yaşayan gürcü və osetinlər üçün lazım olan hər şeyi edəcək. Avqustun 14-də yetmiş ailəyə hesablanmış humanitar yardımı hazırladıq və dostlarım ilə, Şahverdov qardaşları ilə birlikdə Tedotsminda kəndinə yollandıq. Bu zaman rus ordusu İqoetidə yerləşdirilmişdi, Kaspinin döngəsində isə bizim birləşmələrimiz qərqr tutmuşdular. Lakin Samtavisiyə doğru gedən yolun başındakı körpü yaxınlığında rus qoşunu dayanmışdı. Bütün məntəqələri onlar tutmuşdu. Mən Gürcüstanda olan dinxadimi, axund Yasin Əliyevdən bizimlə gəlməsini xahiş etdim. İki maşınla getmişdik. Bir maşında Yasin Əliyev oturmuşdu, o birisində mən. Gürcü məntəqəsində bizə dedilər ki, sizi buraxmayacaqlar. Bu məntəqəyə İrakli Kodua nəzarət edirdi. Koduaya dedim, burdan ayağımı bir yana atmayacağam.Razılıq əldə olundu və bizi buraxdılar.Bizim avtomobilləri ruslar da saxladı.Aramızda çox ciddi söhbət oldu. Nəhayət radio-əlaqə yaradıb məni hansısa generalla danışdırdılar. Silah aparıb-aparmadığımız barədə maraqlandı. Qısası, biz 25 məntəqə keçdik. Onu da deyim ki, 25 məntəqənin hamısında üzdəniraq "muzdlular” dururdular. Nəhayət Tedotsmindaya gəlib çatanda burada camaatın pis durumu ilə rastlaşdıq. Bəzilərinin aclıqdan ürəyi gedirdi.

– Kənd niyə beıə çətinliyə düşməli idi?

– Hər halda biz belə bir mənzərə ilə rastlaşdıq. Hər üç millətin nümayəndəsi – gürcü, osetin və azərbaycanlıdan ibarət qrupun yaradılmasını xahiş etdim ki, bu da aparılan ərzağın ədalətlə bölüşdürülməsinə nəzarət olunması üçün idi. Biz həmin gün, gecəyarısı Tbilisiyə qayıtdıq. Geri gələndə yolda gürcü jurnalistləri bizə rast gəldi və bizdən bu kənddəki durum barədə şərh verməyimizi xahiş etdilər. Mən onlara bütün gördüklərimi nəql etdim. Bu zaman "Rustavi-2”-nin jurnalisti mənə deyir ki, gərək mən durumu belə təsvir etməyəydim. Guya mən deməli idim ki, orda qadınları zorlayırlar, insanları məhv edirlər. Mən onlara dedim, bəli, camaat ehtiyac içindədir, problemlər var, lakin heç kim demədi ki, onları zorlayıblar və onlara qarşı zorakılıq işlədiblər. Mən bunu görmədim, amma gördüm ki, Vardzelaşvili rus zabitinin sürücüsü idi, Lomayanı və başqa məmurları da gördüm.Amma məndən eşitdikləri onların xoşlarına gəlmədi, dediklərimi də efirə vermədilər.

Avqustun 19-da bizə məlumat gəldi ki, Ateni dərəsində ən ucqar kənddə, Levitanda çox ağır durumdur. Yenə də "SOKAR”ın direktoruna müraciət etdim, 1000 ailəyə hesabladıq və ikinci dəfə yola çıxdıq.Bu dəfə mənimlə birlikdə "SOKAR”ın nümayəndələri Faiq Quliyev və başqaları da var idi. Ayın 14-də gördüyüm "muzdlular” məntəqələrdə daha durmurdular, artıq adi əsgərlər dayanmışdılar. Biz Lomaya ilə, Vardzelaşvili ilə və başqaları ilə görüşdük. Onlar yerli nümayəndələri bizə təhkim etdilər.

– Camaat nə söyləyirdi?

– Kənd sakinləri bizə dedilər ki, hökumətdən onlara "peçenyelər” paylayıblar. Biz Ateni dərəsindən Levitana qədər humanitar yardımı payladıq və demək istəyirəm ki, kəndin sakinləri bu günə kimi bunları minnətdarlıqla xatırlayırlar. Geriyə gecəyarısı qayıtdıq. Maraqlısı bilirsiniz nədir? Hakimiyyətin heç bir nümayəndəsi bizim humanitar aksiyalar barəsində heç nə demədi. Üç beynəlxalq Azərbaycan təşkilatı humanitar aksiyaya qoşuldu. Bu gün kimlərsə çıxıb deyirlər ki, guya müharibə Gürcüstanı qalan dünyaya tanıtdı, məhz bu müharibədən sonra milyardlar ayırdılar Gürcüstana və bu bizim xidmətimizdir. Amma onlar əslində qəhrəmanlar deyillər, sadəcə özlərini belə göstərmək istəyirlər. Onlar əslində Gürcüstanın düşmənidirlər. Qəhrəmanlar isə o şəxslərdir ki, həmin müharibədə döyüşüblər, orada olan çətinliklərə tab gətiriblər. Gürcüstan naminə özlərini və sağlamlıqlarını fəda edənlərdir əsil qəhrəmanlar.

– Həmin vaxt Azərbaycanın sərhədi yaxınlığında Gürcüstan hakimiyyətinin maşınları növbəyə dayanmışdı...

– Bəli, bu belə idi. Həmin günlərdən birində Nana Lejava mənimlə əlaqə yaratdı.Mənə dedi ki, Qırmızı körpüdən süjet hazırlamaq istəyir və ona yardım etməyimi xahiş etdi. Biz Qırmızı körpüyə getdik. Hər iki tərəfin sərhədçiləri ilə söhbət apardıq. Gürcüstan tərəfi bizə məlumat vermədi, Azərbaycan tərəfinin gömrük və polis orqanlarının nünmayəndələri ilə, Azərbaycanda işləyən gürcülərlə görüşdük.Onlar çox maraqlı mənzərəni bizə təsvir etdilər. Avqustun 7-dən avqustun 15-nə kimi, 15-i də daxil olmaqla, olan dövr ərzində necə bir durumun olduğunu müəyyən etdik. Sərhədçilər və əhali bizə dedilər ki, bu dövrdə sərhədi Gürcüstan hakimiyyətinin nümayəndələri az qala kütləvi şəkildə keçiblər.Onlar ailələrini, hətta sevgililərini belə aparırdılar. Böyük bir təşviş var idi. Azərbaycandan Gürcüstana istirahət üçün gələnlər də gedirdilər.Yerlilərin dediklərinə görə, Gürcüstan tərəfindən gələn dövlət nömrəli avtomobillər keçid məntəqəsində növbəyə durmuşdular. Balakən sərhədində də eyni vəziyyət idi. Balakən-Zaqatalada bütün mehmanxanalarGürcüstan hakimiyyətinin nümayəndələri, onların ailələri, qohumları və sevgililəri üçün bronlaşdırılmışdı. Bu, həqiqətən də belə idi. Bu gün həmin insanlarsinələrinə döyərək və böyük fərəhlə danışırlar ki, guya onlar Gürcüstanın başı üzərini almış fəlakətləri uzaqlaşdırıblar. Əslində isə, bütün bu bədbəxtlikləri onlar özləri gətirdilər. Gürcüstan ərazisinin 22 faizini onlar düşmənə razılıq əsasında, sövdələşmə ilə təhvil verdilər. Çünki bunu öhdələrinə götürmüşdülər. Bu gün onların yenə də Gürcüstanda səs çıxarmaq hüquqları vardır: parlamentdədirlər və televiziya ekranlarından millətə moizə oxuyurlar. Gürcüstanı satan insanlar vətənpərvərlikdən danışırlar. Onların yerinə mən utanıram. Gürcü xalqının gözündə onlar heçnədirlər.Ona görə ki, ölkəni bədbəxt etdilər. Məgər asfalt tökmək, həm də iki aydan sonra yenidən düzələsi olan asfaltın tökülməsi əsasdır? Bu gün bu qüvvələr ölkəni öz bəyanatları ilə və hərəkətləri ilə iqtisadi böhrana aparırlar. Onlar Gürcüstanın adını batırırlar, milli ədavət, düşməncilik salırlar və Gürcüstanın süquta uğraması üçün hər şeyi edirlər. Bu gün Gürcüstanda kənardan maliyyələşdirilən qüvvələr mövcuddur ki, onlar antitürk, antiazərbaycanlı təbliğatı aparırlar. Qəti, lakin yaxşıca maskalanmış şəkildə Avropa dəyərlərinə qarşı mübarizə aparırlar. Onlar qonşu ölkələr arasında qarşıdurmanın olmasını istəyən qüvvələrdən dəstək alırlar. Son statistikaya görə, bu gün Gürcüstandan Türkiyəyə gedən 137 min insan orada işləyir. Rusiyada yarım milyondan artıq Gürcüstan vətəndaşı yaşayır, bu insanların taleyini heç kim fikirləşmir..? Bəyanatlar verirlər, guya doğrudan da vətənpərvərdirlər və guya məhz onlar Gürcüstanın gələcəyini düşünürlər. Götürək David Qareci (Keşikçidağ – red.) ilə əlaqədar təxribat xarakterli bəyanatları, aksiyaları. Bunun arxasında kim durur?Əlbəttə ki, hakimiyyəti ələ keçirmək istəyən insanlar. Hamı yaxşı bilir ki, David Qareci məsələsi həll olunandır və əgər indiyədək həll edilməyibsə, yalnız ona görə ki, heç bir hakimiyyət bu məsələyə diqqət yetirməyib. Bir az bundan əvvəl xüsusi komissiya yaradıldı.Hazırda görüşlər keçirilir, komissiya işləyir və bu fonda David Qarecini Azərbaycan əlimizdən alır deməklə guya iş irəli gedər? David Qareci Gürcüstanın ərazisindədir. Yarısı Azərbaycanın, yarısı Gürcüstanın olan dağ silsiləsi əhatəsindədir.Orada iki məbəd vardır. Bu gün isə çıxıb deyirlər ki, guya tamamilə David Qarecini Azərbaycan götürür. Heç kim heç nə götürmür, komissiyanın işləməsinə macal versinlər, tərəflər bir razılığa gəldikdən sonra yekun nəticə çıxarsınlar, şərhlər versinlər. Kimsə dava edir ki, David Qareci tarixi abidədir, kimsə dava edir ki, David Qareci pravoslav kilsəsidir... Bu ayağı yer alanların arxasında kimlər durur? Avqust müharibəsi zamanı Azərbaycan sərhədi yaxınlığında duranlar və yiyəsiz insanları qoyub gedənlər, Gürcüstanın düşmənləri tərəfindən maliyələşənlər. Bax, budur bədbəxtlik. Gürcü-azərbaycanlı əlaqələrinə gəldikdə isə, bu iki millət həmişə dost və tərəfdaş olublar. Mən azərbaycanlı olduğumdan demirəm, həqiqətən də Gürcüstan nə zaman, harda bir çətinliyə düşübsə, azərbaycanlılar həmişə orda olublar. Bu yaxınlarda aksiya təşkil etdilər: "SOKAR”da benzin süzməyək – deyirdilər. Bir maraqlansınlar, müəyyən etsinlər "SOKAR” tərəfindən nə qədər sosial layihə həyata keçirilir? Lap çox. Bu günə Bakıdada gürcülər yaşayırlar,Gürcüstandanə qədər azərbaycanlı yaşayır... Bu barədə söhbət olmamalıdır. Kriminal Okruaşvili və Natelaşvili danışırlar ki, azərbaycanlıları sərhəddən buraxmasınlar. Onların hamısı maliyyələşdirilib.

Bir daha sizə deyirəm, biz Gürcüstanda yaşayan azərbaycanlılar, Gürcüstanın vətənpərvərləriyik, bizim əcdadlarımız burda mübarizə aparıblar, Gürcüstan uğrunda. Biz Krtsanisi döyüşündə iranlılara qarşı mübarizə aparan borçalıların törəmələriyik və Gürcüstanın ərazi bütövlüyü uğrunda yenə mübarizə aparacağıq. Həmişə Gürcüstanın çətinə düşdüyü yerdə olacağıq və Gürcüstanda sabitliyin olması üçün, Gürcüstanın bütöv olması üçün hər şeyi edəcəyik. Bax, bunun üçün mübarizə aparacağıq.Millətlərimiz arasında düşmənçilik toxumu səpənlərə isə, heç nəyi bağışlamayacağıq!



Oxşar Xəbərlər

Xəbər lenti