8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bulud karvanına qoşulum gəlim,
Arayım, axtarım qovuşum sənə.
Mən sənsiz qalandan hər ötən günüm,
Sənsiz necə keçir danışım sənə...
(Leyla Əliyeva)
Bu misraları eşidəndə, ilk öncə, Vətənin, millətin öz canlarından keçən şəhidlərini xatırlamamaq qeyri-mümkündür.Bu insanlar qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər.
Vətəni vətən edən qana bulanmış torpaqdır! Azərbaycan bunu bütün dünyaya sübut etdi: 1990-ci il 20 Yanvar; I Qarabağ müharibəsi; 2020-ci il 27 Sentyabr...
2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlandı. Bu qarşı tərəfin növbəti hərbi təcavüzünə cavab idi.44 gün davam edən döyüşlər ərzində Ali Baş Komandanımızın uzaqgörən siyasəti və rəşadətli ordumuzun güclü döyüş taktikası Azərbaycanın gücünü bütün dünyaya göstərdi.
Azərbaycan xalqı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı altında “Dəmir yumruq” kimi birləşərək yenilməz ordumuzun haqq davasına tam mənəvi dəstək oldu. Döyüşlər ordumuzun qələbəsi ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edildi. Bu şanlı qələbə bizləri nə qədər sevindirdisə, ürəklərimizdə də bir o qədər iz qoydu. Minlərlə igidlərimiz və mülki vətəndaşlarımız şəhidlik adını qazandılar. Bu gün xalqımızın mərd oğulları Azərbaycan tarixini öz qanları ilə yenidən yazdılar.
Cəbrayıl Dövlətov, Vüqar Əsgərov kimi şəhidlərimizi yalnız bir amal birləşdirdi - “Biz gəldi-gedərik. Təki Vətən yaşasın, Vətən sağ olsun!”
II Qarabağ müharibəsinin qəhrəmanları bir deyil, iki deyil, bu qəhrəmanlar milyonlarladır. II Qarabağ müharibəsinin qəhrəmanları 10 milyonluq Azərbaycan xalqıdır, bütöv bir millətdir.
Xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Və biz Cıdır düzü, İsa bulağı, İstisu, Xarıbülbül, Vətən uğrunda canından keçmiş şəhidlərdən danışmaq haqqını qazandıq.
Sonda Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alındı.
Həqiqətən də:
Bayrağının altında alnıaçıq, üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin.
Kərəm Mehdiyev
Suraxanı rayonu, N.Rəfiyev adına 104 N-li tam ortaməktəbin direktoru
Sozcu.info