Əlibala Məhərrəmzadə-Xeyirxah əməl sahibi


Bunu Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I Vitse Prezidenti İctimai Nəzarət Təşkilatının sədri Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri Rasim Məmmədov söyləmişdir.
Rasim Məmmədov Quba rayonunda olarkən artıq deputat seçilmiş Əlibala Məhərrəmzadə barədə əhalinin fikrini öyrənmək üçün onlarla insanla görüşmüşdür.
Onların hər birinin yeni deputat barədə fikirləri qəlbləri riqqəttə gətirir.
Qubanın bir çox kəndlərində də əhali ilə görüşüb söhbət etmiş Rasim Məmmədov Əlibala Məhərrəmzadənin gənclik illərindən bəri qəlbinin əhali ilə birgə döyünməsi, elmi və biznesi ilə həyatını qubalılara həsr etməsi, xeyirxahlığı, insanpərvərliyi ilə insanların rəğbətini qazanması ilə bağlı söhbətləri dinləmişdir.
“Qubada bir çox iri layihələrin həyata keçməsi, insanların sağlamlığına xidmət edən sanatoriyanın açılması, imkansız insanlara maliyyə yardımının ayrılması Əlibala Məhərrəmzadənin xeyirxah işlərinin hamısı deyil. Evsiz insanların evlə təmin olunması, işsiz insanlara isə iş verilməsi, bir çox kasıb qubalı gənclərin doğma torpaqlarında və qonşu dövlətlərdə yüksək təhsil almasına yardım da bu insanın mərhəmətindən xəbər verir.
Mən, özüm də, burdakı qiymətləri hərkəsə uyğun olan sanatoriyada dincəlib müalicə alaraq onun haqda deyilənlərin canlı şahidi oldum.
Və bir də onu öyrənib əmin oldum ki, bu insanın heç bir kəsə borcu yoxdur.”
Rasim Məmmədovun Əlibala müəllim haqda dedikləri bununla bitmədi.
İctimai Nəzarət burada da ictimai xadimimizin sonsuz məhəbbət qazanmış biznes sahibinə qarşı böhtanları aşkara çıxarması ilə Quba sakinlərinin dərin məhəbbətini qazandı.
Qubalı elm xadimi və iş adamı Əlibala Səttar oğlu Məhərrəmzadə ilk dəfə millət vəkili adı qazanıb. O, seçkilərin ilkin nəticələrinə görə 12023 sǝs (57.4 faiz) toplayıb.
Vahid Əhmədov namizədliyini geri çəkilməsindən sonra 59 saylı Quba seçki dairəsindən deputat mandatı qazanmağa ən iddialı şəxs Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Əlibala Məhərrəmzadə sayılırdı.

Əlibala Məhərrəmzadənin bioqrafiyası

9 avqust 1976-cı ildə Qubada anadan olub. 1993-1997-ci illərdə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun (UNEC) İdarəçilik fakültəsində bakalavr pilləsi üzrə təhsil alıb. Həmin təhsil illəri müddətində Turan Yazqanın təşəbbüsü ilə Türkiyənin Boğaziçi Universitetində təhsil alıb.
1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisad elmləri Professoru elmi dərəcəsini alıb.

Əlibala Məhərrəmzadənin biznes fəaliyyəti

2006-ci ildə “Caspian Audit Company” MMC-ni təsis edib. O, indi də həmin şirkətin direktorudur.
Eyni zamanda, o, Azərbaycan orta əsrlər tarixini əks etdirən “Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-sənədli filminin prodüseri olan “Shahdag Cinema Production” MMC-nin təsisçisidir.
2015-ci ildə “Şahdağ İdman Klubu”-nu təsis edib..
2019-cu ilin dekabrında açılışı olmuş Ukrayna Ticarət Evinǝ də rəhbərlik edir.
Eyni dövrdə “Şahdağ Quba Truskavets” Tibbi Sanatoriyasını təsis edib.

Əlavə məlumat

Ə.Məhərrəmzadə 2010-cu ildə də parlament seçkilərində namizədliyini irəli sürüb. O, 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olsa da, uğur qazana
bilməyib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, eyni zamanda Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.



Oxşar Xəbərlər

Xəbər lenti